Əmr ibn As
Əmr ibn As | |
---|---|
Misir valisi | |
640 – 644 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Abdullah ibn Səd |
Misir valisi | |
658 – 664 | |
Əvvəlki | Məhəmməd ibn Əbu Bəkr |
Sonrakı | Ütbə ibn Əbu Süfyan |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 664[1][2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], diplomat, dövlət xadimi, tacir |
Atası | As ibn Vail |
Uşaqları | |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rəşidi xilafəti, Əməvilər xilafəti |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Əmr ibn As (Məkkə – 664[1][2], Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663)
Həyatı
[redaktə | mənbəni redaktə et]Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur. H. Q. 43-cü ildə vəfat etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Altay Cəmil, "Rəbbim Allahdır" deyənlər, Bakı, Şərq-Qərb, 2009, səh. 126–127
- Muhammad ibn Jarir al-Tabari: Tarih ar-Rusul ve el Muluk
- (ed. Ehsan Yar-Shater çev. David Stephan Powers) (1989–2007) The History of al-Ţabarī 40 Cilt, Albany: State University of New York Press ISBN 0-88706-563-5 (Cilt 24) (ing.)
- La Chronique Volume II, Mohammed le sceau des prophètes, Actes-Sud. ISBN 2-7427-3318-3 (fr.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Али-заде А. Исламский энциклопедический словарь (rus.). Москва: Ансар, 2007.
- ↑ 1 2 Амру (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. Iа. С. 673.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- shiaofahlubait. "Aişe: "Allah Amr b. As'a lanet etsin."" (türk). nasibiler.wordpress.com. 2014-02-18. İstifadə tarixi: 2014-02-18.