Ərzincan döyüşü (1507)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ərzincan döyüşü
Səfəvi-Osmanlı müharibələri
Çəhəl Sütun Sarayının interyerində Səfəvi-Osmanlı arasındakı bir döyüşü təsvir edən XVII əsrə aid divar rəsmi.
Tarix 1507
Yeri Ərzincan
Səbəbi Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər
Nəticəsi Osmanlı İmperiyası qalib gəldi.[1][2][3]
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

Şahzadə Səlim

İbrahim Səfəvi

Ərzincan döyüşü — 1507-ci ildə Osmanlı imperiyasının şahzadəsi olan və Trabzon valisi Səlimlə Səfəvilər arasında baş vermiş döyüşdür.[1]

1505-ci ildə Şah İsmayılın qardaşı İbrahim 3 min nəfərlik kiçik bir qoşunla Səlimin əyaləti olan Trabzona yağma yürüşünə çıxdı. Lakin onun ordusu Səlim tərəfindən məğlub edildi və o, geri çəkilməyə məcbur oldu. Geri çəkilən ordunu təqib edən Səlim onlara daha bir zərbə vurmağa nail oldu və onların cəbhəxanasını ələ keçirdi.[4]

1507-ci ildə Səfəvi hökmdarı I İsmayıl Anadoludakı Dulqədiroğulları bəyliyi üzərinə yürüşə çıxdı.[1] Yürüş zamanı Osmanlı imperiyasının ərazilərindən keçən I İsmayıl, həm də bu ərazilərdəki türk tayfalarından ordu topladı, halbuki bu tayfalar Osmanlı subyektləri idilər.[1] II Bəyazid buna diqqət etmədi və cavab tədbiri görmədi. Lakin Trabzon valisi şahzadə Səlim Ərzincana hücum etdi və Şah İsmayılın ona qarşı göndərdiyi birləşməni məğlub etdi.[1][2]

Növbəti il Səlim Gürcüstana yürüş etdi və yürüşün nəticəsində qərbi Gürcüstandakı İmeretiQuriya Osmanlı hakimiyyəti altına keçdi.[5][6][7] Bir digər Səfəvi hücumu 1510-cu ildə baş verdiş Şah İsmayılın qardaşının komandanlıq etdiyi yürüş yenə də məğlubiyyətlə nəticələndi.[8]

  1. 1 2 3 4 5 The Last Muslim Conquest: The Ottoman Empire and Its Wars in Europe Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Gábor Ágoston. Princeton University Press.
  2. 1 2 Ottoman Seapower and Levantine Diplomacy in the Age of Discovery Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. By Palmira Johnson Brummett.
  3. The Crisis of Kingship in Late Medieval Islam Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Christopher Markiewicz. Cambridge University Press.
  4. God's Shadow: The Ottoman Sultan Who Shaped the Modern World Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. By Alan Mikhail.
  5. Page 29 Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine: 1509 nolu Rize şeriyye sicili ışığında Rizede sosyal hayat. Ü Erkan. 2007.
  6. Page 19[ölü keçid]: Gürcistanın yeni jeopolitiği. C Küçükali. 2015.
  7. From Dynastic Principality to Imperial District: The Incorporation of Guria Into the Russian Empire to 1856 Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Kenneth Church. University of Michigan., 2001
  8. Osman's Dream Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Caroline Finkel. Hachette UK.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]