Ətnə rayonu
Ətnə rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
56°16′ şm. e. 49°27′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 10 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 120 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ətnə rayonu (tatar. Ətnə rayonı, Әтнә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Böyük Ətnə kəndidir.
Respublikanın Arça, Biektau rayonları və Mari El Respublikası (Morkinski rayonu) ilə həmsərhəddir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayonun ərazisi 1920-ci ilə qədər Kazan və Tsarevokokşayski qəzaları, 1920-1930-cu illərdə isə Arça kantonuna daxil idi.
10 avqust 1930-cu ildə Tukayev rayonu olaraq qurulur. 1938-ci ildə Ətnə olaraq adlandırılır. 12 oktyabr 1959-cu ildə ərazinin Tukayev rayonuna (əvvəllər Kzıl-Yulski rayonu) verilməsi ilə ləğv edilir.
25 oktyabr 1990-cı ildə Arça rayonundan ayrılmaqla bərpa edilir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]- Əhalinin milli tərkibi
Rayon respublikanın monoetnik rayonlarından biridir: əhalinin 98,6% -ni tatarlar təşkil edir.
Yerli hökumət
[redaktə | mənbəni redaktə et]- Rayon icra başçıları
Xakimov Qabdulaxat Gilumxanoviç
- İcraiyyə Komitəsi rəhbərləri
Qayumov Airat Fanilevich
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Rayonda buğda, çovdar, yulaf, qarabaşaq yarması, arpa, darı, noxud becərilir. Ətlik və südlük maldarlıq və qoyunçuluq inkişaf etmişdir. Kənd təsərrüfatına xidmət edən AtnyaAqrohimservis və Atninskaya selxoztexnik müəssisələri fəaliuyyət göstərir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Rayon ərazisindən Vısokaya Qora - Boyük Ətnə - Klyuçi-Sap, Böyük Ətnə - Arça, Morki - Paranqa. Rayon ərazisindən "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin (Yoşkar-Ola - Şali (M-7) hissəsinin) magistral yol ərazisində inşa edilməsi planlaşdırılır.
İnzibati ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]2014-cü ildə Bolşeatninski kənd inzibati vahidliyinə daxil olan Yeni Ətnə adlı yeni bir qəsəbə salınmışdır[2]..
2014-cü ildən bəri Ətnə rayonunun 12 kənd izibati vahidliyinə 47 yaşayış məntəqəsi daxildir.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]Rəşid Rahmati Arat - Türkoloq, dilçi alim, İstanbul Universitetinin professoru.
Vladislav Açalov - Sovet hərbi və siyasi xadimi.
Asqat Səfərov - Rusiya dövlət xadimi və siyasətçisi.
Fərid Təxaviyev (1930-1999) - Sosialist Əməyi Qəhrəmanı.
Sibqat Hakim - Tatar şairi.
Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 1818-1889) - tatar ilahiyyatçısı, filosof, tarixçi və maarifçi.
KİV
[redaktə | mənbəni redaktə et]Rayonda "Әтнә таңы" ("Əntə şəfəqi") adlı tatar dilində qəzet nəşr olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Постановление Правительства Российской Федерации от 24 июля 2014 г. № 699 «О присвоении наименования географическому объекту в Республике Татарстан»". 2015-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.