40°28′00″ şm. e. 43°54′00″ ş. u.HGYO

Aşağı Pirtikan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Aşağı Pirtikan
40°28′00″ şm. e. 43°54′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Talın mahalı
Rayon Talın rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.873 m[1]
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 14 nəf. (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0317
Xəritəni göstər/gizlə
Aşağı Pirtikan xəritədə
Aşağı Pirtikan
Aşağı Pirtikan

Aşağı Pirtikan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd.[2]

Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur[3].

Toponim qıpçaqların tikan etnonimi[4] əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Zoragyuğ qoyulmuşdur.

Kənddə 1873 - cü ildə 65 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 153 nəfər, 1914 - cü ildə 166 nəfər, 1916-cı ildə 157 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri-azərbaycanlılar qırğınlarla deportasiya olunmuşlar və Turkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.

İndi ermənilər yaşayır.

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.36
  4. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.66
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.36-37, 118-119