Kilidlənməyə qarşı əyləc sistemi

Vikipediya, azad ensiklopediya
(ABS səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
ABS BMW Markalı motosikldə

ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir.

ABS 3 hissədən ibarətdir:

  1. Hərəkət, dayanma qeydiyyat sensoru (datçik).
  2. Əyləc sistemində təzyiq idarəedici klapanlar.
  3. Ümumi İdarəetmə qurğusu.

Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtomobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir. Bununla da avtomaşın yol üzərində daha dayanıqlı və idarə edilə biləcək olur. Qeyd etmək lazımdır ki, ABS-li avtomaşınların tam dayanma məsafəsi bəzi hallarda ABS olmayan avtomaşınların dayanma məsafəsindən daha uzun ola bilər.