Akif Əzizov
Akif Əzizov | |
---|---|
Akif Həmid oğlu Əzizov | |
Doğum tarixi | 2 noyabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2016 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | akademik |
İş yeri | AMEA Polimer Materialları İnstitutunun direktoru |
Təhsili | |
Mükafatları |
Akif Həmid oğlu Əzizov (2 noyabr 1943, Umudlu, DQMV – 20 noyabr 2016, Bakı) — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik.[1][2]
Ümumi məlumatlar
[redaktə | mənbəni redaktə et]Akif Əzizov 1943-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun (Mardakert) Umudlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1960-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub[3]. 1964–1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Orada polimer kimyasının əsasını qoymuş akademiklərdən V. A. Kargin və V. A. Kabanovun tələbəsi olmuşdur. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir.1971-ci ildə SSRİ EA Neft-Kimya Sintezi İnstitutunun Elmi Şurasında Akif Əzizov "Haloidxinonların iştirakında nikelin
Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 1991-ci ildə "Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 1992-ci ildə "Kinetika və kataliz" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir[4].
O, 1970–1985-ci illərdə AMEA NKPİ-də kiçik və böyük elmi işçi, 1985-ci ildən 1989-cu ilə kimi "Metalkompleks katalizatorları" laboratoriyasının müdiri vəzifəsində işləmiş, 1988-ci ildən etibarən indiyə kimi institut direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışır. Eyni zamanda 2003–2012-ci illərdə institutda yeni yaradılmış "Neft-kimya proseslərində ion-mayeləri texnologiyaları" şöbəsinə rəhbərlik etmişdir. O, NKPİ-un elmi işlər üzrə direktor müavini vəzifəsini yerinə yetirməklə yanaşı 2012–2014-cü illərdə institutun "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinə rəhbərlik edir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1970–1985-ci illərdə NKPİ-də gərgin elmi fəaliyyət göstərən bu gənc mütəxəssis üç il metalkompleks katalizatorlar laboratoriyasına rəhbərlik edir. 1988-ci ildən NKPİ-nin elmi işlər üzrə direktor müavinidir. Eyni zamanda, 2003-cü ildə institutda yaradılmış neft-kimya proseslərində ion-mayeləri texnologiyaları şöbəsinə rəhbərlik edir, həm də NKPİ nəzdində yaradılmış kiçik elmi şuranın sədri və elmi seminarların rəhbəridir.
Əsas elmi nailiyyətləri
[redaktə | mənbəni redaktə et]- Metal "üzvü" katalizdə liqandların və zəif metal-liqand rabitələrinin,
- Aralıq metal-üzvi birləşmələrdə baş verən metallotropik izomerləşmənin,
- Liqandların sterik effektlərinin oliqomerləşmə və polimerləşmə məhsullarınnın quruluşunun və molekul kütləsinin tənzimlənməsində rolunun aşkarlanması.
- Oliqomerləşmə və polimerləşmə reaksiyalarında metallinium-ion mexanizmləri elmi istiqamətinin açılışı.
- Polimerləşmə prosesləri üçün bifunksional katalizator-stabilizatorlar elmi istiqaməti.
- Aromatik karbohidrogenlərin oliqoalkilləşməsi reaksiyası və onların əsasında sintetik yağlar.
- Stereoreqular polibutadienin, polietilenin aşağı molekullu olefinlərin dimerlərinin, sodimerlərinin, (so)oliqomerlərinin və polimerlərinin, makromonomerlərin, reaksiya qabiliyyətli oliqomerlərin, bakterisidlərin, antioksidantların və s. əhəmiyyətli maddələrin alınması və karbohidrogenlərin oksidləşməsi üçün yüksək səmərəliyə malik katalizatorlar və texnoloji üsullar.
- Son zamanlar bir sıra ekoloji problemlərin həllinə yönəldilmiş ion mayelərinin sintezi, onların müxtəlif neftkimya proseslərində effektiv katalizator, modifikator və ekstragentlər kimi sınaqları respublikada kifayət qədər xammalı olan monomerlərin "canlı" radikal polimerləşməsi proseslərinin tədqiqi.
- Aromatik karbohidrogenlərin hidroalkilləşməsi reaksiyalarının tədqiqi.
- Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 13
- Elmlər doktorlarının sayı: 4
Beynəlxalq aləmdə yaxşı tanınan alim həmçinin Nyu-York Elmər Akademiyasının və Amerika Kimya Cəmiyyətinin üzvüdür. A. Əzizov dəfələrlə beynəlxalq forumlarda, konfranslarda Azərbaycanı təmsil etmişdir. Çoxillik elmi-tədqiqat işlərinin səmərəsinə görə o, 1986-cı ildə "Əmək rəşadəti" medalına layiq görülmüş, 1994-cü ildə isə Soros Fondunun fərdi qrantını almışdır.
2010-cu ilin iyunuda akademik Akif Əzizov Rusiya Elmlər Akademiyası yer altından çıxarılan və bərpa olunan karbon tərkibli xammalların kimyası üzrə Elmi Şurasının üzvü seçilib.[5]
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
[redaktə | mənbəni redaktə et]A. H. Əzizov Nyu-York Elmlər Akademiyasının və Amerika Kimya Cəmiyyətinin üzvüdür, onun adı ABŞ-də nəşr olunan "Elm və texnikada kim kimdir" sorğu kitabına və İngiltərədə nəşr olunan Beynəlxalq bioqrafik lüğətə daxil edilmişdir.
Elmi-təşkilati fəaliyyəti
[redaktə | mənbəni redaktə et]AMEA Kimya Problemləri İnstitutunun nəzdində
- 02.00.15 — Kimyəvi kinetika və kataliz,
- 02.00.06 — Yüksək molekullu birləşmələr,
- 02.00.01 — Qeyri üzvi kimya,
- 15.17.08 — Kimya texnologiyasının proses və aparatları ixtisasları üzrə Dissertasiya Şurasının üzvü,
- NKPİ-nin Elmi Şurasının üzvü,
- Akif Əzizov həmçinin AMEA neft-kimya və yüksək molekullu birləşmələr kimyası üzrə elmi şuraların,
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft emalı üzrə elmi-texniki şuranın,
- M.Nağıyev adına Kimya Problemləri İnstitutunun nəzdində ixtisaslaşdırılmış şuranın,
- "Azərbaycan kimya jurnalı"nın,
- "Neft-kimyası və neft emalı" jurnallarının redaksiya heyətlərinin üzvü.
Fəxri adları, təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- 1968-ci ildə SSR Elmlər Akademiyasının I-ci dərəcəli diplomu;
- 1986-cı ildə "Əmək şücaəti" medalı;
- 1994-cü ildə "Soras" fondunun fərdi qrantı;
- 2006-cı ildə AMEA-nın Fəxri Fərmanı;
- 2009-cu ildə Əməkdar Elm xadimi fəxri adı;
- 2010-cu ildə Azərbaycan Kütləvi-informasiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən "Xalqın nüfuzlu ziyalısı" fəxri diplomu;
- 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Elm Fondu" tərəfindən Kimya elmləri sahəsində layihələr müsabiqəsinin qalibi;
- 2013-cü ildə isə Azərbaycan Respublikası "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə;
- 2013-cü ildə AMEA-nın Fəxri Fərmanı.
Əsas elmi əsərlərin adları
[redaktə | mənbəni redaktə et]- А.Г.Азизов и др. "Peакционноспособные олигомеры. Синтез и применение" (Монография). Баку, 1998, с. 274.
- А.Г.Азизов "Активирующее влияние лигандов на каталитические свойства никельсодержащих систем в реакциях линейной олигомеризации и полимеризации. Роль электронных стерических факторов" (обзор). Успехи химии, 1987 г., в.12, с.2098–2120.
- А.Г.Азизов и др. "Взаимосвязь между молекулярной массой и микроструктурой полибутадиена, полученного на кобальтсодержащих каталитических системах". ВМС, 1990 г., т.(А)32.
- Azizov A. H. et al. "Strong-Excitation Photoluminescence of PbBr2×CH3NH2 Crystals", Inorganic Materials 7(37), 2001, p. 752–753.
- A. H. Azizov "Preparation methods and solvent properties of low temperature ionic liquids". Processes of petrochemistry and oil refining. 1(8), 2002, с. 90–115.
- A. H. Azizov "Low temperature ionic liquids in organic and petrochemical synthesis". Processes of petrochemistry and oil refining. 2(9), 2002, р. 6–48.
- A. H. Azizov "Conceptual basis development and mechanisms in metallinium-ionic catalysis of oliqomerization and polymerization processes". Processes of petrochemistry and oil refining. 4(11), 2002, р. 48–71.
- Azizov A. H. et al. "Production and usage of a-olefins and advantages in the metal-complex catalyzed selective oligomerization of ethylene" Processes of Petrochemistry and oil Refining 1(12), 2003, p. 44–66.
- Sh. Sh. Suleymanov, E. Q. Ismailov, A. H. Azizov. The nature of active centers of H/D exchange in reaction of CH4+D2 over Pt- and Re- containing oxide catalysts. Processes of petrochemistry and oil refining. 3 (22) 2005, pp. 81–91.
- А.Г.Азизов и др. Олигомеризация этилена в присутствии каталитических систем на основе смешанно лигандных
β -дикетонатохлоридов цирконя. Нефтехимия, 2006. том 46, № 5, с.366–370. - А.Г.Азизов и др. О молекулярно-массовом распределении и максимальных выходов продуктов олигомеризации этилена в присутствии каталитических систем на основе переходных металлов. Процессы нефтехимии и нефтепереработки, 1 (20) 2005, с.72.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
- ↑ "Arxivlənmiş surət". 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
- ↑ "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
- ↑ "Arxivlənmiş surət". 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
- ↑ "Arxivlənmiş surət". 2010-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-27.
- Pages using the JsonConfig extension
- 2 noyabrda doğulanlar
- 1943-cü ildə doğulanlar
- Umudluda (Ağdərə) doğulanlar
- 20 noyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakı Dövlət Universitetinin məzunları
- Moskva Dövlət Universitetinin məzunları
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycan kimyaçıları
- Kimya elmləri doktorları
- AMEA-nın müxbir üzvləri
- Akademiklər
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- AMEA-nın həqiqi üzvləri
- AMEA Neft-Kimya Prosesləri İnstitutunun alimləri