Albert von Le Coq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albert von Le Coq
Doğum tarixi
Doğum yeri Berlin, Almaniya
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Berlin, Almaniya
Dəfn yeri
  • Dalem qəbiristanlığı[d]
Milliyyəti Alman
Fəaliyyəti arxeoloq, türkoloq
Üzvlüyü
  • Göttingen Elmlər Akademiyası[d] (1910–)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albert Avqust von Le Coq (1860–1930)— alman arxeloq və türkoloqu.

Albert Avqust von Le Coq 1860-cı ildə Berlində doğulmuşdu. Din savaşları (1562–1568) sırasında Fransanı tərk etmək məcburiyyətində qalan bir Fransız protestanı (huquqnot) ailəsinə mənsub tacir bir atanın oğludur. Berlindəki Fransız litsryini bitirdikdən sonra Çinlə ticarət edən atasının yanında çalışmağa başladı. 1881-ci ildə Londonda firmalarının təmsilçiliyini etdi; ardından Amerika Birləşmiş Ştatlarına gedərək ticarətlə məşğul olmaqla yanaşı tibb fakültəsində oxudu və təhsilini 1887-ci ildə tamamlayıb üç il sonra Berlinə döndü. Fəqət həkimliyini daima ikinci planda tutdu və bir yandan "Museum für Völkərkunde"də könüllü olaraq çalışırkən, bir yandan da "Seminar für Oriəntalische Sprachenə davam etdi. Almanların 1901-ci ildə Osmanlı dövlətinin Zəncirli höyüyündə (Qaziantəp) apardıqları qazıntılara qatıldı. Burada olduğu dörd ay içində Türkcəsini irəlilətdi və nümunələr topladı. İskəndərun, Beyrut vəSuriyaya keçərək koleksiyasını genişlətdi. Bu səyahətin nəticəsində hazırladığı "Kurdische Texte" başlıqlı kitabı dolayısıyla ona Kiel Universitetindən fəlsəfə doktoru ünvanı verildi. Daha sonra almanların Orta Asiyaya hazırladıqları araşdırma gəzintilərinə və arxeoloji qazıntılarına qatıldı. Dörd dönəm halında Turfan vahəsində yoğunlaşdırılan bu araşdırma gəzintilərindən (1902–1914) ikincisini (sentyabr 1904 — dekabr 1905) və dördüncüsünü (yanvar 1913 — fevral 1914) idarə etdi. Son səyahətindən döndükdən sonra "Museum für Völkerkunde"nin Asiya bölümü başçılığına gətirildi. I Dünya Müharibəsinin çətin şərtləri altında araşdırma gəzintilərində əldə edilən tapıntıların bu muzeydə sərgilənməsi üçün çalışdı. 1925-ci ildə muzeyin müdirü oldu.

Albert Avqust von Le Coq 21 aprel 1930-cu ildə Berlində vəfat etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]