38°42′35″ şm. e. 14°21′00″ ş. u.HGYO

Alikudi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alikudi adası
it. Alicudi
Alikudi adası
Alikudi adası
Ümumi məlumatlar
Sahəsi 5,2 km²
Uzunluğu
  • 2,9 km
Eni 2,3 km
Hündür nöqtəsi 675 m
Əhalisi 105 nəfər (2001-ci il)
Yerləşməsi
38°42′35″ şm. e. 14°21′00″ ş. u.HGYO
Ölkə  İtaliya
Vilayət
Akvatoriya
Alikudi adası xəritədə
Alikudi adası
Alikudi adası
Alikudi (Siciliya)
Alikudi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alikudi (lat. Alicudi) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yerləşmiş kiçik vulkanik ada. Lipari adalarının ən qərbində yerləşir. İnzibati cəhətdən Messina əyalətindəki Lipari bələdiyyəsinə aiddir. Adanın sahəsi 5,2 km², əhalisi 105 nəfərdir (2001)[1].

Alikudi arxipelaqın bütün digər adaları kimi, vulkanik mənşəli, demək olar ki, yuvarlaq bir forma malikdir. Ada təxminən 150 min il əvvəl uzun müddət fəaliyyət göstərən, indi hərəkətsiz olan Montaqnola vulkanının yerində yaranmışdır (son püskürmə təxminən 30 min il əvvəl olmuşdur). Ən yaxın ada Filikudi ondan 20 km şərqdə yerləşir.

Adanın adı, Alikudidə geniş yayılmış yunanca Ericusa adlandırılan Erika bitkisinin adından götürülüb[2].

Ada qədim zamanlardan tanınsa da, uzun müddət burada yaşayış olmayıb. Orta əsrlərdə Alikudi, bütün Lipari adaları kimi, dəniz quldurları üçün sığınacaq kimi xidmət edirdi. Adada daimi əhali yalnız XVIII əsrdə meydana çıxır, baxmayaraq ki, aşkar edilmiş insan fəaliyyətinin qalıqları eramızdan əvvəl 1700-1800-cü illərə aiddir.

Əsas məşğuliyyət balıqçılıqdır, Amerikadan gətirilən şaftalı və aqava da becərilir.

Ada çoxlu sayda turist tərəfindən ziyarət edilir. Alikudidə menyusu balıq yeməklərindən ibarət olan restoran xidmət göstərir[3].

  1. "dawinci.istat.it". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.
  2. "eoliein.it: Alicudi". 2009-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.
  3. "The Hotel Ericusa of Alicudi". 2007-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.