Andar xan
Naviqasiyaya keç
Axtarışa keç
Andar xan — türk və altay mifologiyalarında od tanrısı. Andır Xan olaraq da tanınır. Atəşi qoruyur. Bəzən əsəbiləşərək yer üzündə yanğınlara səbəb olur. Əlində bir "yola" (məşəl) ilə ifadə edilir. Saçları oddandır. Gözləri alov saçar. Heybətli və əzələli bir görünüşü vardır. Məşəli özbaşına heç sönmədən davamlı yanar. Bitkilərin qoruyucu tanrısı olaraq da görülər. Yeraltının və ya cəhənnəmin qoruyucusu olaraq da deyilər.
Etimologiya
[redaktə | mənbəni redaktə et](An/Yan) kökündən törəmişdir. Anmaq (xatırlamaq) və and sözlərindən gəlir. Çox xatırlanan, adına and edilən deməkdir. An/Yan əlaqəsiylə yandıran mənasına da gələ bilər. Qədim türkcədə ovlanmaq mənası da ehtiva edən An kökündən gəlməkdədir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (S-13)
Mifologiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |