Ansiklopediya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ansiklopediya
Uncyclopedia
Loqonun şəkli
URL uncyclopedia.info
Dilləri çoxdilli[d]
Serverin yeri
Açılma tarixi 5 yanvar 2005
Alexa reytinqi
  • 47.538 (19 iyun 2019)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ansiklopediya (ing. Uncyclopedia) — əyləncə məqsədi ilə qurulmuş və Vikipediyanın parodiyası sayılan online satirik ensiklopediya. Format olaraq Vikipediyaya çox bənzəsə də məqalələri oxuduqca əyləncə xarakterli olduğu anlaşılır. Ansiklopediya 5 yanvar 2005-ci ildə qurulmuşdur. Ansiklopediya müxtəlif dillərdə fəaliyyət göstərir və hər dildə öz adı vardır. Ən çox məqaləyə sahib İngilis Ansiklopediyadır (30.000 məqalə). İkinci 10.000 məqalə ilə portuqal Deskiklopediyadır.

Ansiklopediyanın loqosu Vikipediyanın loqosuna bənzəsə də, kartof formasındadır.

Müxtəlif dillərdə[redaktə | mənbəni redaktə et]

İngilis — Ansiklopediya[redaktə | mənbəni redaktə et]

İlk Ansiklopediyadır. 5 yanvar 2005-ci ildə qurulmuşdur. Ən çox məqaləyə sahib Ansiklopediyadır.

Portuqal — Deskiklopediya[redaktə | mənbəni redaktə et]

Avqust 2005-ci ildə qurulmuş olub 10.000 məqaləyə sahibdir.

Yapon — Ansaikuropediya[redaktə | mənbəni redaktə et]

Ansaikuropediya (yap. アンサイクロペディア) üçüncü ən böyük Ansiklopediyadır və 2005-ci ilin dekabrında açılmışdır.

İspan — İnsiklopediya[redaktə | mənbəni redaktə et]

2006-cı ilin fevralında açılmışdır.

İtalyan — Nonsiklopediya[redaktə | mənbəni redaktə et]

2005-ci ilin 3 noyabrda yaradılmışdır və 9.000 məqaləyə sahibdir.

Türk — Yansiklopedi[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Alexa Internet (ing.). 1996.