Arzular Dənizi
Naviqasiyaya keç
Axtarışa keç
Arzular Dənizi — Ayın görünməyən hissəsindəki hamar ovalıqlardan biri. Astronomiyada ay üzərindəki belə ovalıqlar şərti olaraq "dəniz" adlandırılır. Ayın cənub yarımkürəsində 20–45 en dərəcələri arasında və 140–180 uzunluq dairəsində yerləşir. Yaxınlığında Leybnits, Norman, Puankare, Kok, Jül Vern, Pavlov, Qaqarin və Van de Qraaf kraterləri, daxilində isə Tomson krateri yerləşir.