Ayaz Salayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ayaz Salayev
Ayaz Ramiz oğlu Salayev
Doğum tarixi 1 avqust 1960(1960-08-01) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist, pedaqoq, televiziya aparıcısı, aktyor
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000
"Tərəqqi" medalı — 2023
IMDb ID0757656
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayaz Salayev (1 avqust 1960, Bakı) — Azərbaycan kinorejissoru və kinoşünası,[1] ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).

Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.

18 dekabr 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.[2]

Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[3]

  1. Qız qalası əfsanəsi (film, 1923) (bərpanın redaktor-eksperti)
  2. Retro (veriliş, 1979) — aparıcı.
  3. Ordubad (film, 1983)
  4. Evlənmək istəyirəm (film, 1983)
  5. Bir dəfə görmək... (film, 1984)
  6. Təkəlduz (film, 1985)
  7. Ata (film, 1988)
  8. Bir nəfər hamıya görə (film, 1989)
  9. Təxribat (film, 1989)
  10. Yarasa (film, 1995) — kinorejissor.
  11. Anlam (veriliş, 1998) — aparıcı.
  12. Vahimə (film, 1998)
  13. Koma 0,1 saniyədə (film, 2007)[4]
  14. "Ağ-qara" gecələr (film, 2013)
  15. Sübhdən başlanan həyat (film, 2015)
  16. Qarabağın həsrət salnaməsi (film, 2016)
  17. Qarabağın həsrət salnaməsi (film, 2017)
  18. Torpaq (film, 2022)
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  1. Qaraqızı U. "İndiki nəsil bizim nəsillə müqayisədə qat-qat sağlam fikirlidir": Ayaz Salayev: "Azərbaycan kinosunun dünya səviyyəsinə çıxması üçün hərtərəfli şərait var" // Ekspress. 2008, 16–18 avqus, s.19.
  2. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  3. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  4. "Son illərdə ölkədə çəkilən bədii filmlər hardadır?". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]