Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Azərbaycanda neft sənayesi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bakıda dərin nasosla neft hasilatı
Əsrin müqaviləsinin 30 illiyinə həsr edilmiş poçt markası

Azərbaycanda neft sənayesiAzərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.

Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə RotşildNobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir.[1] Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.[1]

XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır.[1] 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.[1]

XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir.[2] 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, TürkiyəyəHindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.[2]

1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.[2]

"Balaxanıda neft fontanı" filmindən kadr.

1803-cü ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır.[2] Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.[2]

1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.[2][3]

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır.[4] Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır.[4] 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir.[2] Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.[2]

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır.[4] Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.[4]

Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi.[5] Lakin ilkin olaraq "aut zərbələr" Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cı ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda "Branobel" adlı ilk neft şirkətini təsis etdilər.[6] 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi.[7]

1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli "Zərdüşt" paroxodu tikilib istifadəyə verilmişdir.[2] 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır.[2] 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q. V. Alekseyev, Bakıda (S. M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.[2]

1892-ci ildə alman mühəndis-konssioneri Y. İ. Eger ilk dəfə naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır.[8] Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir.[8] Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı.[8] Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, ABŞ-yə, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı.[8] Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət — "Maqdenbuq — Naftalan", "Drezden — Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı.[8] Naftalan neftinin reklamı ilə əlaqədar Alman dermotoloqu Pol Gerson Unna 1903-cü ildə demişdir:

" Kimin Naftalanı varsa, onun hər şeyi var.[8] "

Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.[4] Neft atılmaları çox qeyri-qənaətli və ekoloji baxımdan zərərli proseslər kimi qəbul edildi.[5] O vaxtlar neft hasil edən regionlar Bakı ətrafında Sabunçu, Suraxanı və Bibiheybətdə cəmləşmişdi.[5] 1990-cı ilin əvvəllərinə qədər Sabunçuda Bakı neftinin 35%-i, Bibiheybətdə isə 28%-i istehsal edilirdi.[5]

XIX əsrdə Bakıda neft yataqları

RotşildlərNobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu.[5] Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.[5]

1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu.[1] 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi.[9] Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi.[9] Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır.[9] VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı əmək bayrağı" ordeni ilə təltif etməyi qərara aldı.[9]

1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi.[9] 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi.[9] Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi.[9] Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı.[9] 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi.[9] Neft emalı 3,5 dəfəyə qədər azalmışdı.[9] Həmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi.[9] Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi.[9]

Bibiheybətdə ilk neft yatağları

1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı.[9] Azərbaycan neftinin taleyi əsasən Mərkəzi hakimiyyətin əlində idi.[9] 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin.[9] Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.[9]

Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər.[9] Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Həmkarlar İttifaqı MK-nın sədr müavini M. E. Sapunovun məruzəsində qaldırılmışdı.[9] Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi.[9] Buna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A. Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər.[9] Onlar verdikləri sözə əməl etdilər. 1921–1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı.[9]

1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır.[2] 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№ 71) sənaye üsulu ilə neft alınmışdır.[2] Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır.[8] Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.[8]

1929–1934-cü illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir.[2] Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə "sovet krekinqi" adı ilə düşmüşdür.[2] 1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır.[2]

1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazılmışdır.[2] Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verilmişdir.[2] 1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazılmışdır.[2] 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır.[8]

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Üstündə Bakı şəhəri təsvir edilmiş Hitlerin yeməsi üçün kəsilən tort dilimi

İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi.[10][11] 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir.[1][4] Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.[1]

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.[12] Abşeron yarımadasında yeni yataqlar işə salınmadı.[12] Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi.[12] Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi.[12] Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını "yer anbarları"na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar.[12] Sonra onları Xəzər dənizi ilə nəql edirdilər.[12] Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.[12]

1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı "Edelveys" kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. "Edelveys" planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi[13]. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən "Edelveys" planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı[13].

Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.[10] İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.[10] 1943-cü ildə dəniz seysmik kəşfiyyat üsulu hazırlanmış, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunmuşdur.[2] İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:

" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü.[12] "

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı.[12] Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı.[12] Marşal Konstantin Rokossovski demişdi:

" Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.[12] "

Müharibə illəri Bakının neft mədənləri əsl cəbhəyə çevrilmişdi.[12] Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər.[12] "Pravda" qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki "Azərbaycan bu gün" adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.[12]

Dəniz kəşfiyyatının başlanması

[redaktə | mənbəni redaktə et]

1946-cı ildə "Gürgan" yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül qurulmuşdur.[2] 1947-ci ildə metal estakadaların tikintisinə başlanılmışdır. 1949-cu ildə Bakıda "Dənizneftqazlayihə" Elmi-Tədqiqat və Layihə İnstitutu açılmış, burada açıq dəniz şəraitində hidrotexniki qurğuların layihələndirilməsinə başlanılmışdır.[2] 1951-ci ildə ilk dəfə olaraq açıq dənizdə hidrotexniki qurğular kompleksi tikilmişdir.[2] 1955-ci ildə "Qum-dəniz" yatağının işlənilməsinə başlanmışdır.[2] 1954–1959-cu illərdə "Azərneft"in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965–1970-ci illərdə isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır.[14] Qurum 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.[14]

Neft daşları

1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.[4] Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.[15] Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqlar mənimsənilmişdir.[1]

21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək[16] və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur.[17] Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.[16]

1960 və 1980-ci illərdə offşor kəşfiyyatı

[redaktə | mənbəni redaktə et]

1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır.[8] Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Yusif Məmmədəliyevin, professor T. H. Paşayevin, S. Ə. Quliyevanın və tibb elmləri doktoru Tofiq Hüseynovun böyük xidmətləri olmuşdur.[8] 1966-cı ildə "Kürsəngi" yatağının işlənilməsinə başlanmışdır.[2] 1970–1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə "Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdir.[2]

1970–1988-ci illərdə Azərbaycan neftçiləri ("Xəzərdənizneftqaz" İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir.[2] 1971-ci ilin martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılmışdır.[2] 1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanmışdır.[2] 1980-ci ildə "Günəşli" yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır.[1][4] 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir.[2] 1985-ci ildə "Çıraq" yatağı kəşf edilmişdir.[1][4] 1987-ci ildə "Azəri" yatağı kəşf edilmişdir.[1][4] 1988-ci ildə "8 Mart" yatağının işlənilməsinə başlanmışdır və "Kəpəz" yatağı aşkar edilmişdir.[2]

Erkən 1990-cı illər

[redaktə | mənbəni redaktə et]

Artıq 1989-cu ildə Qərb ölkələrinin neft şirkətlərinin nümayəndələri ilk dəfə Bakıya Xəzər nefti ilə maraqlanmağa gəlmişdilər. Həmin vaxt artıq Xəzər dənizinin Azərbaycana yaxın hissəsində 4,7 milyard barrel neft ehtiyatının olduğu bilinsə də, həmin resursları hasil etmək o vaxtkı Sovet qazma texnologiyaları ilə mümkün deyildi. Qərb şirkətlərinin nümayəndələri məhz həmin yataqlarla maraqlanmaq üçün Bakıya axışırdılar. 1990-cı ilin oktyabrında Böyük Britaniyanın BP və Ramco şirkətləri, Norveçin dövlət neft şirkəti Azərbaycanın o vaxtkı rəhbərliyindən Xəzərdəki neft yataqlarını inkişaf etdirmək barədə qeyri-rəsmi razılıq əldə etmişdilər. Lakin həmin ay Amerika xüsusi xidmət orqanlarına işləyən, əslən İran azərbaycanlısı, ABŞ-də Corctaun Universitetinin Siyasi Elmlər üzrə professoru olan Rob Sübhani Bakıya gələrək respublika rəhbəri Ayaz Mütəllibovla görüşüb onu fikrindən yayındırmağı bacarmışdı. Onunla görüşdükdən sonra Mütəllibov fikrini dəyişərək Xəzərdəki neft yataqlarını ABŞ şirkətlərinə vermək qərarına gəldi. Nəticədə 1991-ci ilin iyun ayında ABŞ-nin AmocoMcDermott International şirkətlərinin nümayəndələri neft hasilatı barədə Bakıda respublika rəhbərliyi ilə rəsmi danışıqlara başlamışdı.[18]

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Prezidentinin 3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla "Azərineft" Dövlət Konserni yaradılmışdır.[14] Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "Azərnefkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.[14] 1993-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunda (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) "Katalitik krekinq" qurğusu istifadəyə verilmişdir.[2]

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra başlayan Qarabağ müharibəsi səbəbindən Qərb şirkətləri ilə aparılan danışıqlar da yarımçıq qaldı. Ölkədə hakimiyyətin tez-tez dəyişməsinə görə Bakının İnturist hotelinə yığışmış xarici neft şirkətlərinin nümayəndələri hər dəfə hakimiyyət dəyişdikcə yeni hökümətlə razılığa gəlməyə, Xəzər neftindən özlərinə daha çox pay qoparmağa can atırdılar. Həmin şirkətlərə BP, Amoco, Pennzoil Co., Unocal Corp və bir çox digərləri daxil idi. 1992-ci ilin sentyabr ayında bu məqsədlə Bakıya gələn Britaniyanın baş naziri Marqaret Tetçer Xəzər neftinin BP-yə verilməsi üçün Azərbaycan rəhbərliyinə 30 milyon dollar dəyərində çek təqdim etdi. Bu məbləğ Azəri neft yatağının və təsdiqlənməmiş Şahdəniz qaz yatağının işlənməsi üçün ilkin ödəniş idi. Digər tərəfdən ABŞ konqresinin Azərbaycana yardımları qadağan edən 907-ci düzəlişi qəbul etməsi Azərbaycan hakimiyyətində ABŞ şirkətlərinə qarşı qəzəb yaratmışdı və nəticədə onlar Xəzər nefti uğrunda mübarizədə öz mövqelərini itirməyə başladılar. Lakin 1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsi ilə ABŞ şirkətləri yenidən öz itirilmiş mövqelərini bərpa etməyə başladılar. Neftin siyasətdə rolunu yaxşı bilən H.Əliyev ABŞ şirkətlərinin də daxil olduğu konsorsiumla danışıqlara başladı. Konsorsium Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adlanırdı. ABƏŞ konsorsiumu Azəri-Çıraq-Günəşli yataqlarını inkişaf etdirmək üçün 7,4 milyard ABŞ dolları məbləğində investisiya yatırmağa razılıq verdi. [19]

Əsrin müqaviləsi

[redaktə | mənbəni redaktə et]
Əsrin müqaviləsi sazişinin imzalanması anı

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[20] "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[20][21]

Bu müqavilədə Böyük Britaniyanın "BP" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott International" (2,45 faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığının" (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi.[20]

Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi.[22] Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir:

" 1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.[4] "

Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi.[23] Bununla belə, Azərbaycan hökuməti yaranan nəhəng pul sərvətinin yönəltməsi, ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı.[23] 1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.[24]

1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.[4] "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.[4] 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar.[4] Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar.[4] Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılmışdır.[4]

1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft Fondu Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.[25]

Mövcud vəziyyəti

[redaktə | mənbəni redaktə et]
Bakı-Tbilisi-Ərzurum Boru Xəttinin xəritəsi

2006-cı ilin payızında "Şahdəniz" yatağından ilk qaz alınmışdır.[2] Həmin ilin mayın 28-də ilk neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhan limanına çatmışdır.[26] İyulun 13-də Ceyhan limanında kəmərin rəsmi açılış mərasimi keçirilmişdir.[27] 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə verilmişdir.[2] Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.[28]

2012-ci ildə Bloomberg agentliyinin verdiyi məlumata görə, Azəri-Çıraq-Günəşlidən hasil olan resurslar ölkə istehsalının 78 faizini təşkil edirdi.[29] Həmin ilin iyunun 26-da İstanbulda Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə sənədlərin imzalanması mərasimi 2012 keçirilmişdir.[30]

2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağında yanğın nəticəsində 63 nəfər zərər çəkmiş, onlardan 30 nəfər dünyasını dəyişmişdir.[31][32][33][34] Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.[35] 2016-cı ilin 15 dekabr tarixində aniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçması nəticəsində 10 nəfər nəfər dünyasını dəyişmişdir.[36][37]

2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.[38] İşlənmənin əvvəlindən (1997-ci il) 2019-cu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından 481 mln.ton neft hasil edilib, həmçinin dünya bazarlarına Azərbaycanda istehsal olunan 506 mln.ton neft çıxarılıb ki, onun da 383 mln.tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib.[39]

Siyasətdə rolu

[redaktə | mənbəni redaktə et]

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

Siyasətşünas Oksan Bayulgenin sözlərinə görə, 1990-cı illərdə xarici neft şirkətləri Azərbaycanın sovet dövründən qalma kommunist elitalarına kənar dəstək və legitimlik gətirdilər.[23] Bəzi mütəxəsisslərin fikrinə görə, 1990-cı illərdən sonra neft bumu Azərbaycanda sosial və iqtisadi bərabərsizliyi artırıb.[23] Ölkə büdcəsində xərclər milyardlarla dollar olsa da, xərclərin çoxu təhsilə, səhiyyə və sosial təminata deyil, infrastruktura, hərbi büdcəyə və hökumət xidmətlərinə investisiya olunub.[23] İqtisadçı Thorvaldur Gylfasonun müşahidələrinə görə, "təbii ehtiyatlarla zəngin olan və pul içində üzən Azərbaycan təhsilin uzunmüddətli perpektivdəki dəyərini lazımınca qiymətləndirmir".[23]

ABŞ yazıçısı Maykl L.Ross "Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır" kitabında, Azərbaycan hakimiyyətinin əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu "tapmasını iddea edib".[40] Yazıçının fikrincə, hər il parlamentdə büdcə müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, "ARDNŞ vasitəsilə mənimsənilir".[40]

Bəzi iqtisadiyyatçıların rəylərinə görə, Azərbaycanda neft sektorundan başqa digər sektorların zəif inkişafı, Holland sindromu yaranması təhlükəsini yaradır.[41] 2015-ci ildə dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan manatı iki dəfə devalvasiya uğrayıb.[42][43][44][45]

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]
Nabukko layihəsi

1991-ci ildən Azərbaycanın özəl ixrac boru kəmərinə sahib olması onun Rusiyadan asılılığını zəiflətmiş və onun regional enerji layihələrinə qoşulmasına şərait yaratmışdır. Nəticədə "Nabukko" layihəsi çərçivəsində, ölkə Orta Asiya neftinin və qazının nəqli üçün tranzit ərazisi kimi istifadə oluna bilər.[46][47]

Britaniyalı jurnalist Tomas de Vaal yazır ki, "neft gəlirləri Azərbaycana 2000-ci illərdə dünyanın ən böyük iqtisadi artımını təmin etmək, qısa müstəqillik dövründə yoxsulluğun kökünü kəsmək və qaçqınları evlə təmin etmək imkanı verib".[48] 2015-ci ildə Avropanın bir sıra KİV-ləri Azərbaycan hakimiyyətini, işini "kürü diplomatiyası"-nın köməyilə görməyində ittiham edib. Müxtəlif KİV-lərin verdiyi məlumatlara görə, Avropa Şurasının deputatları xərcləri ödənilməklə bahalı səfərlərə dəvət olunurlar və bahalı hədiyyələr alırlar.[49][50][51]

Ətraf mühitin çirklənməsi

[redaktə | mənbəni redaktə et]

1929-cu ildə Keşlə kanalı vasitəsilə Böyükşor gölünə neft-mədən suları axıdılmışdır.[52] Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır.[52] Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır.[53] İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olmuşdur.[53] Böyükşor gölünün kompleks bərpası layihəsi prezidentin sərəncamı ilə təsdiq edilmiş "2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" 26 dekabr 2013-cü il tarixli fərmana uyğun olaraq, həyata keçirilir.[54]

4 noyabr 2013-cü ildə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycanda neft sənayesinin inkişafı nəticəsində 35 min hektar ərazinin neftlə çirklənməyə məruz qalıb.[55] Bunun nəticəsində, Bakıda və Sumqayıtda olan köhnə zavod və müəssisələr ləğv edilməsinə və Qaradağ ərazisində neft-qaz müəssisələrində müasir avadanlıqların qurulmasına səbəb oldu.[55] Həmin ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Mirsalam Qəmbərov mətbuata müsahibəsində qeyd etmişdir ki, Azərbaycan sahillərində neft çıxarılması və daşınması üzündən Xəzərin çirklənməsi normadan 8–12 dəfə çoxdur.[56]

Müxtəlif səbəblər nəticəsində Xəzərə tökülən neft məhsulları su səthini örtür və oksigenin suya daxil olmasının qarşısını alır.[56][57] Oksigen çatışmazlığına məruz qalan balıqlar tələf olur.[56] Suya daxil olan həll olmayan liflər, hissəciklər onu zibilləyərək fiziki-kimyəvi proseslərin getməsinə mane olur.[56] Ağac hissəcikləri oksidləşən zaman çoxlu miqdarda oksigen istifadə edir ki, bu da balıqlara və digər canlılara mənfi təsir edir.[56] Radioaktiv maddələr balıqlara, sonra isə digər heyvanların orqanizminə daxil olur.[56][58]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
Azərbaycanda neft sənayesinə həsr olunmuş Azərbaycan manatı, 2001-ci il

Azərbaycanı dünyaya tanıdan "qara qızıl" iqtisadi güc və qüdrət olmaqla yanaşı, zaman-zaman müxtəlif səpkili incəsənət əsərlərinə mövzu olub, hətta bəzi sənət növlərinin təşəkkül tapmasına təkan verib. 1921-ci ildə "Azərbaycan neft sənayesi" jurnalı nəşr olunmağa başlamışdır.[2] Ölkənin neft sənayesi 1994–2001-ci illərdə tədavülə buraxılan manatlarda əks olunmuşdur. Neft sənayesinə və onun inkişafına həm də poçt markaları həsr olunmuşdur.

Azərbaycan ədəbiyyatında ölkənin neftlə bağlılığına aid çoxlu tərifli və tənqidli ədəbi əsərlər həsr olunub. Tənqidli şeirlərdən Ramiz Rövşənin "Vətən", Baba Pünhanın "Pulun göstərir" şeirlərini qeyd etmək olar.[59][60]

Ramiz Heydərin "Mən Bakı neftçisiyəm" kitabı başdan-başa neftçiləri vəsf edir.[61] Belə ki, o, "Qaradağ simfoniyası" poemasını yazmaq üçün bir neçə il Qaradağda, dəniz sahilində yaşamış, dəniz neft buruqlarında olmuş, neftçilərlə ünsiyyət bağlamış, onların həyatı və məişəti ilə yaxından maraqlanmışdır.[61] R. Heydərin "Dalğalar qoynunda ucalan məzar" poeması (əsər Bayıl neft mədənlərində çalışan polşalı mühəndis Pavel Pototskiyə həsr olunub), "Neft — Vətənin sabahı", "Sahil ayağa qalxıb", "Amerikaya axır neftim", "Qocaman neftçi", "Dalğalar qoynundayıq", "Bir batan buruğun dərdi, məlalı", "Mən Xəzərdə şəhər gördüm", "Növbədən qayıdır fəhlələr", "Bakı buruqları Sibirə gəlib", "Bakının ən böyük buruğu", "Sən neft havasıyla nəfəs alırsan" və s. şeirləri neftçilərin həyatına, onların romantik aləminə həsr olunub.[61]

Bakıda Pirs Brosnan BMW Z8 ilə Dünya kifayət deyil filminin çəkilişi zamanı

Azərbaycanda neft sənayesinin Azərbaycan kinematoqrafına güclü təsirini xüsusi qeyd etmək lazımdır. 1898-ci ildə fotoqraf Aleksandr Mişonun tərəfindən çəkilmiş Bibiheybətdə neft fontanı yanğını1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı adlı kinosüjetlər Bakının neft şəhəri kimi tanınmasına töhfə olmaqla bərabər, həm də Azərbaycan kinematoqrafının yaranmasına zəmin idi.[62]

Sonrakı illərdə də Bakı nefti yeni ekran əsərlərinə mövzu olmaqda davam edirdi. Sovet hakimiyyətinin ilk illərində fəhlələrin həmkarlar ittifaqlarının işindəki problemlər haqqında da filmlər çəkilirdi. 1924-cü ildə rejissor Aleksandr Litvinov bunu komediya janrında göstərdi. "Mədənçi-neftçi istirahətdə və müalicədə" filmində neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açılır.[63] Artıq neft sənayesində olan konfliktlər kinematoqrafçılar üçün əsas mövzulardan biri idi. Litvinovun 1926-cı ildə çəkdiyi "Müxtəlif sahillərdə" detektiv-dramının süjeti də neft mədənlərində gərgin əməklə məşğul olan işçilərə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub.[63] O dövrdə Bakıda yerli və gəlmə mütəxəssislər arasında tez-tez münaqişələr yaranırdı. Məhz bu münaqişələr filmin əsasını təşkil edib.[63]

XX əsrin 30-cu illərinin sonlarından başlayaraq neft sənayesinə gənc mütəxəssislər cəlb olunmağa başlandı. Yeni nəsil mütəxəssisləri ilə yaşlı neft ustaları arasında münasibətlər isə rəvan deyildi.[63] Elə rəhbər dairələrdə də qocaman neftçilərə münasibət belə idi. Bu proseslər 1940-cı ildə rejissorlar Ağarza QuliyevQriqori Braginskinin birgə çəkdiyi "Yeni horizont" dramında canlanıb.[63]

Neft sənayesi qurudan dənizə daşındıqca filmlərin mövzuları da onları "təqib" edirdi. 1950-ci illərinin sonlarından başlayaraq neft mövzusunda çəkilən filmlər dənizdə qazma işlərindən bəhs edirdi.[63] Rejissor Ağarza Quliyevin 1956-cı ildə çəkdiyi "Qara daşlar" filmi neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələri əks etdirirdi.[63] Bəzi filmlər isə Xəzərin ortasında salınmış Neft daşlarında yaşayıb işləyən neftçilərin əməyinə və məişətinə həsr olunurdu. "Möcüzələr adasında" dramında ömürlərini bu "ada"da keçirən adamların qarşılıqlı münasibətləri haqqında söhbət gedir.[63]

1977-ci ildə isə neft mövzusuna rejissor Eldar Quliyev müraciət edir. Dram janrında olan "Sevinc buxtası" bədii film 1920-ci ildə Azərbaycanın sovetləşməsi zamanı neft maqnatlarının yeni hakimiyyətlə mübarizəsindən söz açır.[63] 1980-ci ildə Mirzağa Mirmövsümov İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" povestinin ikinci ekran variantını yazır.[63] "Qızıl uçurum" adlı filmi Fikrət Əliyev çəkir.[63] Filmdə natura səhnələrinin çəkilişi üçün 16 buruq qurulmuş və tonlarla neftdən istifadə edilmişdi.[63] "Qızıl uçurum" filmi 1983-cü ildə XIV Ümumittifaq Kino Festivalında rejissor Fikrət Əliyevə "Uğurlu debütə görə" mükafatı qazandırıb.[63]

Rejissor Murad İbrahimbəyovun çəkdiyi Neft filmi 2003-cü ildə Venesiya Film Festivalında ən yaxşı qısametrajlı film kimi görə film "Gümüş Şir" Mükafatını almışdır.[64] 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.[65]

Azərbaycanın tarixində neftin rolu olan digər filmlərdən Qara qızılın qara üzü, Neft kəşfiyyatçıları, Neft və milyonlar səltənətində, Altıncı hiss, Hədəf Bakıdır, cizgi filmlərdən isə Şahzadə-qara qızılı qeyd etmək olar.

Təsviri incəsənətdə

[redaktə | mənbəni redaktə et]
"Növbədən qayıdanlar", Tahir Salahov, 1957-ci il

Azərbaycan təsviri incəsənətində neftin təsvirini şərti olaraq bir neçə dövrə bölmək olar: inqilabdan əvvəlki dövr, sovet dövrü və müasir dövr.[66] Müvafiq olaraq müxtəlif dövrlərdə zamanın səciyyəvi xüsusiyyətlərini, habelə konkret zaman kəsiyində cəmiyyətdə mövcud olan tələbləri nəzərə alaraq bu mövzuya yanaşmaların da müxtəlif olduğunu müşahidə edə bilərik.[66]

Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir.[67] O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Salahovun 1960-cı illərdə yaratdığı əsərlər "sərt üslub" epitetinin tənqidinə səbəb olmuşdur. Rəssam bu dövrdə "Neftçi", "Estakada", "Neft Daşları", "Neftçi portreti" yaratmışdır.[67] Onun 1959-cu ildə yaradılmış "Neftçi" əsərində günəşdən dərisi mis rəngində olmuş qəhrəmanın ağzında al-qırmızı rəngli müştük modernist məzmunu üzə çıxarır.[67] Tahir Salahov neftçilərə həsr etdiyi əsərlər barədə danışarkən:

" Bakı – neftçi əməyinin romantikasıdır. Şəhər neft ilə, neft hasilatı ilə sıx bağlıdır. Bu mövzu həmişə məni cəlb edib. Buna görə də diplom işimi məhz bu mövzuya həsr etmişəm. Mən iki ay neftçilərin yataqxanasında yaşamışam, onlarla ailəvi dost olmuşam. Bakı – zəhmətkeş şəhərdir, əmək onun canına hopub. Onu başqa cür təsvir etmək də olmaz; məsələn, “Abşeron qadınları” əsəri ana və bacıların öz fəhlə oğullarına, qardaşlarına görə keçirdiyi həyəcanı ifadə edir. Neftçi ailəsi daim gözləyir, daim narahatdır, axı onların əməyi əsl qəhrəmanlıqdır.[67] "

Maral Rəhmanzadənin "Neft daşları" seriyasından olan "Bizim qonaqlar" qrafik işində rəssamın qeyri-adi, ekzotik və diqqətəlayiq bir yer kimi Neft daşlarına baş çəkən xarici nümayəndə heyətini təsvir etdiyinin şahidi oluruq.[66] Yumşaqlıq çalarlarına gəlincə isə Səttar Bəhlulzadənin "Xəzər üzərində axşam şəfəqləri" adlı rəsm əsəri — kətan üzərində qüllələr və estakadalar günün ala-toran vaxtında, günəşin artıq qürub etdiyi, lakin qaranlığın hələ tam çökmədiyi dəqiqələrdə təsvir olunmuşdur.[66]

Tofiq Cavadovun neft mövzusunda çəkdiyi rəsmlər formaları mübaliğəli şişirdərək rəngləri daha cəsarətlə daxil edir və parlaq ləkələrə və qara kontura üstünlük verir.[66] Bu baxımdan onun işləri digər Azərbaycan rəssamlarının əsərlərindən daha çox Meksika monumentalistlərinin yaradıcılığı ilə uzlaşır.[66] Onun "Neftçinin portreti" adlı əsəri təsvir üçün bir qədər təvazökar obyekt olmasına baxmayaraq (bütün kətan üzərində yalnız fəhlənin başı təsvir edilib), monumental işi xatırladır.[66]

Azərbaycanda neft sənayesinin inkişafı ölkə memarlığına təsir etmişdir. Neft sənayesindən gəlirlər Azərbaycan Xalq Cümhuriyyəti zamanı Səadət Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kimi tikintisinə güclü təkan vermişdir. Müasir memarlıq nümunələrindən SOCAR TowerAlov qüllələrini qeyd etmək olar.[68]

Ölkədə neftçilərin şərəfinə bir sıra yerlər adlandırılıb. Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçə, Neftçilər prospekti adını daşıyır. Bundan əlavə, Bakı metropolitenində Neftçilər metrostansiyası mövcuddur.

Azərbaycanda neft sənayesinin inkişafı ölkə idmanına da təsir göstərmişdir. 18 mart 1937-ci ildə neftçilər tərəfindən yaranan və Bakı şəhərini təmsil edən, Neftçi PFK Azərbaycanın ən məşhur və ən uğurlu peşəkar futbol klublarından biridir.[69] Neftlə əlaqədar olan digər futbol klublarından Azneftyağ BakıNeftqaz Bakını qeyd etmək olar. 2010-cu illərdə neftin ucuzlaşması, Azərbaycan futbolunda klubların azalmasına səbəb olmuşdur.[70]

Azərbaycanda neft sənayesi haqqında bir sıra mahnılar bəstələnmişdir. Bunlardan Rəşid Behbudovun repertuarında Tofiq Quliyevin "Neftçi mahnısı", "Qaya" Vokal Kvartetinin "Neft daşları" mahnılarını qeyd etmək olar.[71]

Azərbaycanda neft sənayesinin inkişafı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA Neft-Kimya Prosesləri İnstitutu, Bakı Ali Neft Məktəbi kimi təhsil ocaqlarının yaranmasında rol oynamışdır.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Azərbaycanda neft qazçıxarmanın tarixi". www.socar.az. SOCAR. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 "Interesting facts from Azerbaijan oil and gas history" (PDF). 2012: 2–28. 1 December 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  3. "İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "AZƏRBAYCAN NEFTİ". www.azerbaijan.az. 27 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  5. 1 2 3 4 5 6 "Azerbaijan's Oil History: A Chronology Leading up to the Soviet Era Arxivləşdirilib 2018-01-04 at the Wayback Machine" Azerbaijan International, summer 2002.
  6. ""Qara qızıl" diyarı Azərbaycan". www.caspianoilgas.az. Caspian Oil & Gas Azerbaijan. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
  7. "Azerbaijan's Oil History: A Chronology Leading up to the Soviet Era Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine" Azerbaijan International, summer 2002.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 "Naftalanın tarixi". naftalan-tour.com. naftalan-tour.com. 1 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Quliyev, Cəmil. Azərbaycan tarixi (PDF) (VI). Bakı: Elm. 2008. 14–100. ISBN 978-9952-448-44-03. 25 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 December 2015.
  10. 1 2 3 Agayev, Vagif. "World War II and Azerbaijan". www.azer.com. Azerbaijan International. 22 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  11. McLaughlin, Daniel. "Prized by Hitler, Azerbaijan is back in oil and gas boom". www.irishtimes.com. www.irishtimes.com. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Sadiqli, Fikrat. "Bakı nefti olmasaydı..." www.anl.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  13. 1 2 Balamirzə Məmmədli. "İkinci dünya müharibəsi illərində Baki nefti Almaniyanin hərbi-strateji planlarında" (PDF) (az.). I Beynəlxalq Humanitar və İctimai Elmlərin Əsasları Konfransının Materialları (24 dekabr 2021). Bakı, 2021, 270 s. səh.87-88. Archived from the original on 2022-01-10.
  14. 1 2 3 4 "SOCAR-ın tarixi". www.socar.az. SOCAR. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  15. "Ginnesin Rekordlar Kitabının rəsmi saytında ən birinci dəniz neft platforması haqqında". 2011-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.
  16. 1 2 "Neft Daşları" NQÇİ-də 1957-ci il faciəsinin 55-ci ildönümü qeyd edıldi. [ölü keçid]  (az.)
  17. "Neft Daşları"nda 13 metrlik dalğanın qurbanı olan 21 neftçinin xatirəsi anıldı. Arxivləşdirilib 2015-12-10 at the Wayback Machine  (az.)
  18. Morqan, Den; Ottavey, David B. "Washingtonpost.com: Pipe Dreams - The Struggle for Caspian Oil (səhifə 2)". www.washingtonpost.com. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2024.
  19. Morqan, Den; Ottavey, David B. "Washingtonpost.com: Pipe Dreams - The Struggle for Caspian Oil (səhifə 3)". www.washingtonpost.com. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2024.
  20. 1 2 3 Sagheb, Nasser; Javadi, Masoud. "Azerbaijan's "Contract of the Century"". www.azer.com. Azerbaijan International. 11 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  21. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
  22. "GENERAL CONCEPT OF HEYDAR ALIYEV'S OIL STRATEGY". www.azerbaijan.az. 21 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  23. 1 2 3 4 5 6 Quliyev, Farid. "Əsrin müqaviləsi – 20 il sonra". www.bbc.com. BBC. 4 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  24. "Transport routes of Azerbaijani oil (Baku-Novorossiysk, Baku-Supsa)". Azerbaijan Portal. 2009-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-08.
  25. "ARDNF: Xronologiya". www.oilfund.az. 5 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  26. "BTC Celebrates Full Commissioning". BP. 2006-07-13. 2007-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-30.
  27. "Caspian Oil Reaches Turkey's Mediterranean Port Ceyhan". Turkish Weekly. 2006-05-29. 2006-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-01.
  28. "Azerbaijan marks Oil Workers' Day". news.az. news.az. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  29. "Azərbaycan: neft və qaz hasilatı azalıb". www.bbc.com. BBC. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  30. Socor, Vladimir. "Interest Growing All-Round in Trans-Anatolia Pipeline Project". Eurasia Daily Monitor. 9 (70). Jamestown Foundation. 2012-04-04. 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
  31. Aida, Sultanova. "Azerbaijan: 29 still missing from burning oil platform". Associated Press. 6 December 2015. 6 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2015. (#invalid_param_val)
  32. Bagirova, Nailia. "Azerbaijan says 29 missing after oil platform fire feared dead". Reuters. 6 December 2015. 26 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2015.
  33. Guliyev, Emil. "Azerbaijan mourns 'many deaths' after oil rig fire". Agence France-Presse. 6 December 2015. 6 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2015. (#invalid_param_val)
  34. "22 injured in SOCAR platform accident sent home". Trend News Agency. 5 December 2015. 8 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 December 2015.
  35. "Azərbaycanda matəm elan olunub". az.apa.az. 8 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2015.
  36. "SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü..." www.azadliq.org. www.azadliq.org. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2016.
  37. "Xəzərdə itkin düşmüş neftçilərlə bağlı yeni xəbər". sputnik.az. sputnik.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2016.
  38. "Azərbaycanda neft yatağı ilə bağlı mühüm razılaşmanın imzalanma mərasimi olacaq". BBC. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2017.
  39. "Azərbaycan indiyədək dünya bazarına 506 mln. ton neft çıxarıb". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  40. 1 2 Raufoğlu, Ələkbər. "Azərbaycan üçün “neft lənəti”". www.bbc.com. BBC. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  41. "Reymond Konvey: «Azərbaycanda artıq «holland sindromu»nun əlamətləri görünməkdədir»". www.azadliq.org. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  42. "Don't Try to Buy Dollars in Azerbaijan's Capital". www.bloomberg.com. www.bloomberg.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2016.
  43. "Azerbaijan's Opportunity to Reboot, Diversify Economy". www.imf.org. www.imf.org. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2016.
  44. Farchy, Jack. "Azerbaijan: Aiming to please". www.ft.com. www.ft.com. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2016.
  45. de Vaal, Tomas. "Azerbaijan at Twenty-Five: A New Era of Change and Turbulence". carnegieeurope.eu. carnegieeurope.eu. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2016.
  46. Dempsey, Judy. "EU natural gas pipeline project gets first order". The New York Times. 11 June 2008. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2010.
  47. "DAVOS-Azeri chief urges political, financial will for Nabucco". Reuters. 29 January 2009. 11 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2009.
  48. "Tom de Waal: "Azərbaycan Qərbli olmaq istəmir"". www.bbc.com. BBC. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  49. Hale, Jacquieline. "Europe's caviar diplomacy with Azerbaijan must end". euobserver.com. euobserver.com. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  50. Aserbaidschan: Die Kaviar-Diplomatie Arxivləşdirilib 2017-08-07 at the Wayback Machine (German). Der Tagesspiegel. Retrieved August 3, 2013
  51. "ESI Caviar Diplomacy: How Azerbaijan silenced the Council of Europe Part 1" (PDF). 2014-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-09.
  52. 1 2 Azerbaijan International, Mir Yusif Mir-Babayev Azerbaijan's Oil History: A Chronology Leading up to the Soviet Era Arxivləşdirilib 2009-10-08 at the Wayback Machine Summer 2002, pp 34–40
  53. 1 2 "Lahudi Aliyev: "Dehydration of Lake Boyuk Shor may cause unknown diseases"". 29 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 November 2014.
  54. "Tullantılardan təmizlənib, "cənnət"ə çevrilən Böyük şor gölü... - REPORTAJ, FOTOLAR". musavat.com. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
  55. 1 2 "Azərbaycanda neft hasilatı nəticəsində 35 min hektar ərazi çirklənib". www.bbc.com. BBC. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  56. 1 2 3 4 5 6 Tahirqızı, Ülviyyə. "Xəzər ölü dənizə çevrilə bilər". www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  57. Huseynov, Said. "Fate of the Caspian Sea". www.naturalhistorymag.com. 21 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  58. "Pollution and overfishing plague the Caspian Sea". www.theguardian.com. Guardian. 7 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  59. "AĞ QIZIL, QARA QIZIL..." musavat.com. Yeni Müsavat. 29 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  60. "Baba Pünhan. Pulun göstərir". www.azadliq.org. Azadlıq Radiosu. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  61. 1 2 3 Yusifli, Vaqif. [www.anl.az/down/meqale/edebiyyat/2013/avqust/322807.htm "Sadəliyin şeriyyəti"] (#bad_url). www.anl.az. www.anl.az. İstifadə tarixi: 2 January 2016.
  62. "Aydin Kazimzade. "Cinema in Azerbaijan: Pre-Soviet Era", Azerbaijan International, 5(3), Autumn 1997". 2013-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.
  63. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Hacılı, İntiqam. "Qara qızıl ağ ekranda". www.anl.az. www.anl.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
  64. "Venice Film Festival winners". www.smh.com.au. 9 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  65. "Filming locations for The World Is Not Enough (1999)". Internet Movie Database. 15 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2008.
  66. 1 2 3 4 5 6 7 Huseynova, Azada. Neft və Təsviri Sənət (PDF). Expo Org. 2012. 6–18. İstifadə tarixi: 8 December 2015.[ölü keçid]
  67. 1 2 3 4 "Tahir Salahov yaradıcılığında neft". www.socarplus.az. SOCAR. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  68. "Baku beyond, a sort of Dubai of the Caucasus". budapesttimes.hu. 14 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  69. "Neftci PFC Baki". Soccerway. Global Sports Media. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2013.
  70. Muxtarlı, Turan. "Azərbaycanda futbol klubları niyə dağılır?". www.meydan.tv. www.meydan.tv. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  71. "Rəşid Behbudov bütün konsertlərinə bu mahnı ilə başlayırdı". www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
  • Aysel Yaqubova. Azərbaycanın neft diplomatiyası: əfsanələr gerçəkləşir. Bakı: "Azərnəşr", 2004, səh. 2–162.
  • Steve LeVine. The Oil and the Glory: The Pursuit of Empire and Fortune on the Caspian Sea. "Random House", 2007, səh. 496.
  • Gulbrandsen, Lars H., and Arild Moe. "BP in Azerbaijan: A Test Case of the Potential and Limits of the CSR Agenda?". Third World Quarterly 28.4 (2007): 813–830.
  • Kaldor, Mary et al., eds.. "Oil and Conflict: The Case of Nagorno Karabakh". Oil Wars. Ed. Mary Kaldor et al.. Pluto Press, 2007. 157–182.
  • Ipek, Pinar. "Azerbaijan's Foreign Policy and Challenges for Energy Security". Middle East Journal 63.2 (2009): 227–239.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]