Babəkiyyə
Babəkiyyə və ya Məzyariyyə — Transubstantiasiya və reenkarnasiyaya inanan Hürrəmiyənin davamı olan Qulat-i Şiə məzhəbi.
Hürrəmilərin davamçıları olan Babəkilər
[redaktə | mənbəni redaktə et]Onlar sələfləri Hürrəmilərin dünyada həmişə bir peyğəmbər olacağına, yer üzünün peyğəmbərsiz qala bilməyəcəyinə, peyğəmbərliyin ancaq peyğəmbərlik yolu ilə keçə biləcəyinə inandıqlarına uyğun olaraq, Babək Xürrəminin peyğəmbər olduğunu iddia edirdilər[1][2].
Babək Hürrəminin ilahiliyi
[redaktə | mənbəni redaktə et]İbn Nedimin Babəkin ilahlıq iddiasına cəhd etdiyi qeydindən də anlaşıldığı kimi, Hürrəmiyənin davamı olan Qulat-i Şia bir təriqət meydana gətirmişdir. Babək Hürrəminin öz ilahiliyindən başqa, Hürrəmiyədən aldıqları siyasi taktiki dəyişikliklərdən ibarət idi[3][4].
Babəkilərin İslam anlayışı və əməlləri
[redaktə | mənbəni redaktə et]Övladlarını Quran kurslarına göndərsələr də, namaz qılmayıb, Ramazan orucu tutmazlarmış. Bundan əlavə, kafirlərlə cihada getməyi lazımsız hesab edən bir icma qurmuşlardır[5].
Məzyəriyyə təriqətinin yaranması və Məzyar üsyanı
[redaktə | mənbəni redaktə et]Babək üsyanında Babək Hürrəmiyə ən güclü dəstək verənlərdən biri də Babəkiyyə təriqətinin ən sadiq davamçılarından olan “Məz-Yar” olmuşdur. Orta əsr tarixçisi “Bəhaddin Məhəmməd ibn Həsən ibn İsfəndiyar” “Tarik-i Təbəristan” adlı əsərində, əslən dindar zərdüşt olan və miladi IX əsrdə Abbasi xilafətinə qarşı 839-cu ildə qiyam qaldıran Məzyarın bu sözləri dediyi bilinir:
Afşin Heydəri ibn Kavus, Babək Hürrəmi və mən üçümüz ölkəmizi ərəblərdən geri almağa və hökuməti Sasanilərə təslim etməyə and içdik |
.
Məzyarın ölümü
[redaktə | mənbəni redaktə et]Məzyar və Babək Hürrəmi birlikdə Abbasi xəlifəsi Əbu İshaq əl-Mötəsim bil-Lahın onlara qarşı göndərdiyi qoşunların əksəriyyətini dəf edə bilsələr də, qardaşı Kuhyarın xəyanətinə məruz qalan Məzyar nəhayət əsir götürülür. O, Bağdadda edamını gözləyən zaman xəlifənin cəlladları tərəfindən camaat qarşısında işgəncələrə məruz qalmamaq və alçaldıcı şəkildə edam edilməmək üçün zəhər içərək həyatına son qoyur.