Bell 407
Naviqasiyaya keç
Axtarışa keç
Bell 407 | |
---|---|
Tipi | çoxməqsədli helikopter |
Hazırlayan | Bell Textron Helicopter |
İstehsalçı | Bell Textron Helicopter |
İlk uçuş | 29 iyun 1995 |
Vikianbarda əlaqəli mediafayllar |
Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. İlk uçuşunu 29 iyun 1995-ci ildə həyata keçirmiş olan helikopter 1996-cı ildən xidmətə qəbul edilmişdir və Bell 206 helikopterlərinin yerini almışdır. 1995-ci ildən hal-hazırkı dövrə qədər xidmətdədir. 2011-ci ilin statistikasına görə 1082 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 2.54 milyon ABŞ dollarıdır (2009-cu ilə görə).
Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Vintin sahəsi: 89 m²
Ekipaj: 1 nəfər
Uzunluğu: 12.7 metr
Sərnişin tutumu: 7 nəfər
Hündürlüyü: 3.56 metr
Vintin uzunluğu: 10.67 metr
Boş çəkisi: 1210 kq
Motor: 1 x Allison 250-C47B qazturbin mühərriyi
Maksimal yükgötürmə qabiliyyəti: 2722 kq