Beyhəqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Beyhəqi
ərəb. أبو بكر البيهقي
Doğum tarixi 1 sentyabr 994[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 aprel 1066[1][2][…] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Tanınmış yetirməsi Xacə Abdullah Ənsari, Əbdülmalik ibn Abdullah əl-Cuveyni[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbubəkr Əhməd bin Hüseyn Beyhəki(fars.)) — İslam alimi.

Məşhur hədisfiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi.

Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, KufəMəkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi. Bir çox alim yetişdirdi. Şeyxülislam Əbu İsmayıl əl-Ənsari, Zahir ibn Tahir, Əbu Abdullah əl-Fəravi, oğlu İsmayıl ibn Əhməd onun yetişdirdiyi alimlərdəndir.

Kəlam elmində Əhli-sünnət etiqadına böyük xidmətlər etdi. Müxtəlif elmlərdə xüsusilə hədis, fiqh, kəlam elminə aid yüzlərlə əsər yazdı. Xorasanda hədis elmində onun icazəsi olmadan, o icazət (diplom) vermədən kimsə hədis elmindən söz edə bilməzdi. Şafi fiqhi öyrətməsi üçün Nişapura çağırıldı. Hər nə qədər məmləkətinə qayıtmaq istədi isə də 9 aprel 1066-cı il tarixində (hicri 10 Cemazil-əvvəl 458) vəfat etdi. Cənazəsi yaxın olan Beyhək qəsəbəsinə aparıldı.

Elm və fəzilətdə yüksək bir şehx olan Beyhəki həzrətləri davamlı oxuyar, araşdırar, təsnif edər, əsərlərini tələbələrinə oxudar, elmlə məşğul olar, kasıblığa səbir edər, halından heç şikayət etməzdi. Az yeyər, az içərdi. Qırx dörd yaşından sonra vəfatına qədər otuz il bayram günləri xaric davamlı oruc tutmuşdur.

  • 1-Əs-Sünən-ül-Kübra: Hədisi-şərif kitabı olub on cilddir. Əshabı-kiram və Təbiinin adları, sənəd və raviləri içərisində olan bir fihrist vardır.
  • 2-Əs-Sünən-üs-Suqra: İki cilddir.
  • 3-Kitab-ül-Əsmə vəs-Sıfat: İki cilddir.
  • 4-Delail-ün-Nübüvvə: Üç cilddir.
  • 5-Menakıb-üş-Şafi
  • 6-Arifət-üs-Sünən vəl-Asar: Əsər dörd cilddir.
  • 7-Şuab-ül-İman
  • 8-Ət-Tərgi vət-Tərhib
  • 9-Kitab-üz-Zühd-il-Kəbir
  • 10 — Əl-Basü vən-Nüşur
  • 11-Fədail-üs-Səhabə
  • 12-Əl-Məhdal iləs-Sünənil-Kübra
  • 13-Əl-Məbsut
  • 14-Əl-Ədəb
  • 15-Əl-Etiqad ala Məzhəb-is-Sələfi Əhlis-Sünnət vəl Cəmaa
  • 16-Əhkam-ül-Quran
  • Sünəni əl-Beyhəqi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]