Birinci Meyniman
Birinci Meyniman | |
---|---|
40°02′35″ şm. e. 48°45′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 761 nəfər (2019) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2414 |
Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Birinci Meyniman. Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır. İlk sakinləri Cənubi Azərbaycandan buradakı balıq vətəgələrində işləməyə gəlmiş azərb. ailələr olmuşlar. Sonralar ondan yeni məntəqə yaranmış və toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. Meyniman komponentinin fars dilindəki "mehman" (qonaq, gəlmə) sözünün fonetik variantı olduğunu ehtimal etmək olar.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Hacıqabul rayonunda Kürdə daha bir bənd dağılıb, bir kəndi su basıb". 2010-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-30.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Hacıqabul rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |