BloodRayne

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
BloodRayne
Hazırlayan ABŞ Terminal Reality
Yayımlayan
Seriya BloodRayne
Buraxılış tarixi 15 oktyabr 2002
Janrlar Döyüş, Hack and slash
Prodüserlər Ceff Mills
Dizaynerlər Co Vampol
Ssenaristlər Piter Besson
Co Vampol
Rəssamlar Kris DeSimone
Bəstəkarlar Kayl Riçards
Texniki məlumat
Platformalar
Mühərriklər Infernal Engine
Open Dynamics Engine
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], rus dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə qeympad, klaviatura və maus
Rəsmi saytı

BloodRayne (azərb. Qanlı Reyn‎) — 15 oktyabr 2002-ci ildə ABŞ-nin Terminal Reality kompaniyası tərəfindən hazırlanan və Majesco Entertainment kompaniyası tərəfindən nəşr edilən döyüş janrında olan videooyun. Oyunun 2004-cü ildə BloodRayne 2 adlı ikinci hissəsi və 2005, 20072011-ci illərdə isə filmləri təqdim olunmuşdur.

Videooyun 1933-cü ildə insanların vampirlərin varlığına inandığı bir yerdə başlayır. Belə ki, göstərilən yerdə bütün qapı və pəncərələrdə xaç asıldığı görünür. Başlanğıc səhnədə bir qadın və kişinin küçədə qaçdığı göstərilir. Qadın yıxılır və kişi ona kömək etməyə çalışarkən boğazına atılan zəncirlə qaranlıq küncə dartılır. Daha sonra kişinin kəsilmiş başı qadının qarşısına atılır və Reyn qaranlıqdan çıxır. Ağlamağa başlayan qadının əslində vampir olduğu üzə çıxır və o Reynlə döyüşməyə başlayır. Qısa bir zamanda Reyn qadının başını üzür və kiçik bir vampir ordusu ilə üz-üzə qalır. Onların qarşısına qumbara ataraq, Reyn küçəni tərk edir.

Binalardan birinin üstündə bütün bu hadisələri izləyən iki kişi orada nə səbəb ilə olduqlarını müzakirə edirlər. Onlardan biri atasını axtarmağa çalışan Reyni öz aralarına almaq üçün orada olduğunu bildirir. Digər şəxs isə cavab olaraq sadəcə yarı-vampir olmasına baxmayaraq, dampiri Brimstoun cəmiyyətinə qəbul etmək istəmədiyini və cəmiyyətin vampir qanı olan hər kəsdən qurtulmağa çalışdığını söyləyir. Nəticə olaraq onlar Reyni cəmiyyətə qəbul etməyə razılaşır və cəmiyyətin simvolunun üzərində olduğu bir boyunbağını Reyn üçün orada buraxırlar.

Birinci hissə: Mortton, Luiziana

[redaktə | mənbəni redaktə et]

Brimstoun cəmiyyətinə qoşulduqdan sonra ilk missiyası olaraq Reyn müəlliməsi Mins ilə birlikdə Luizianaya yollanır. Onlar oraya Morttonda yayılan naməlum xəstəliyi araşdırmaq üçün göndərilirlər. Daha sonra xəstəliyin mənbəyinin şəhərdə yayılan nəhəng həşəratlar olduğu məlum olur. Bələ ki, marasyoq adlandırılan hörümçəyə bənzər canlılar insanları yaşayan ölülərə, mutantlara dönüşdürürlər. Xəstəliyə qalib gəlmək üçün Reyn və Mins şəhərdəki bütün marasyoqları və yoluxmuş insanları məhv etməlidirlər. Reyn yoluxmamış insanları xilas etməyə çalışarkən marasyoqlar Minsi və xilas olan insanları yeyirlər. Hadisədən qəzəblənən Reyn qarşısına çıxan bütün həşəratları məhv edir və son olaraq, marasyoqları dünyaya gətirən nəhəng Yeraltı dünya kraliçası ilə qarşılaşır. Reyn kraliçanı məğlub edir və daha sonra onun bədənində parlayan qabırğa Reynin diqqətini çəkir. Qabırğanı kraliçadan çəkib çıxardıqdan sonra qabırğa bir anda özünü Reynə çəkməyə başlayır və nəticədə onun içinə daxil olur. Reyn ağrı içində yerə yıxılır və bu anda Yürqen Vulf peyda olur. O, qabırğanı Reyndən çıxararaq, ərazini tərk edir.

İkinci hissə: Argentina

[redaktə | mənbəni redaktə et]

Beş il sonra 1938-ci ildə Brimstoun cəmiyyəti Reyni nasistlərin çox böyük gücə sahib olan qalıqların axtarışında olduqlarını xəbərdar edir. Axtarışın liderinin Argentina körfəzində Gegengeist Gruppe qrupunu yaradan Yürqen Vulf olduğu bildirilir. Reynin hədəfi G.G.G. qrupunun üzvlərini aradan qaldırmaqdır. Onun ilk qarşısına çıxan hədəf baş kahin Von Blut olur. Özünü itirən kahin Reynə Arilərin Atlantida xalqının soyundan gəldiyini və Atlantidanın məhvi nəticəsində paramparça olan Beliarın onların lideri olmasını söyləyir. Von Blutu məğlub etdikdən sonra Reyn hədəflərindən digər biri olan Kommando ilə qarşılar və onu öldürür. Daha sonra o insanları idarəetmə qabiliyyəti olan "daemit" adlı parazit varlıqlar barədə ona məlumat verən Batori Menqele ilə rastlaşır. Menqele Reyni daemitləri mütəffiq xalqların üzərinə salmaqla təhdid edir və beləliklə Reyn onunla döyüşməyə başlayır. Nəticədə Menqele daemitlərin çuxuruna düşür və orada öldürülür. Ardınca Reyn bədəninin artıq bir daemit tərəfindən idarə edildiyi yoluxmuş Kommando ilə qarşılaşır və onu məhv edir. Reyn Beliarın gözlərindən birinin üzərində olduğu kristal kəlləni tapır və oyunun bu hissəsindən sonra Reyn dünyanı Beliarın gözü ilə görməyə başlayır. Daha sonra o hədəflərindən biri olan Mauler ilə qarşılaşır və Mauler Reynə Beliarın başqa qalıqlarının da olduğunu söyləyir. O, Mefistonun Beliarı tamamilə məhv edə bilmədiyi üçün yüzlərlə parçalara ayıraraq qalıqlarını dünyaya səpələdiyini bildirir. Mauler eyni zamanda Vulfun Beliarın qara ürəyinin axtarışında olduğunu etiraf edir. Reyn Mauleri və digər G.G.G. qrupunun zabitlərini öldürdükdən sonra Almaniyaya yola düşən nasist gəmisinə gizlicə daxil olur. Reynə Yürqen Vulfun da daxil olduğu geriyə qalan hədəflərin adlarının və məkanlarının göstərildiyi naməlum ismarış göndərilir.

Üçüncü hissə: Almaniya

[redaktə | mənbəni redaktə et]

Reyn Brimstoun tərəfindən vampirlərin möhtəşəm ovçulara dönüşdürüldüyü Qauştadt qalasına göndərilir. Bu arada Vulf Beliarın dişlərinə, qabırğasına və əlinə sahib olur və son hədəfi isə ürəyi ələ keçirməkdir. Reyn Minsin sağ olduğunu və Vulfa işlədiyini öyrənir. O, Minsdən açıqlama tələb edir, lakin Mins Reyni ələ salır və onlar döyüşməyə başlayırlar. Nəticədə Mins qala divarlarından aşağı düşür. Reyn daha sonra Hedroks ilə qarşılaşır. Hedroks öldürülə bilməyən dönüşmüş vampirdir və o Reynə sonsuzadək ölümsüz qalmaq üçün Beliarın ürəyini ələ keçirdiyini, lakin ürəyi öz bədəninə daxil edə bilmədiyini söyləyir. Hedroks Beliarın gözünü qazanmaq üçün Reynin başını üzməyə çalışır. Uğursuz cəhddən sonra o, döyüş meydanından qaçır və Reyn onu izləyərkən hədəflərindən olan Ziqmund və Simon Kryuqer əkiz qardaşları ilə rastlaşır. Reynin gözəlliyinə aşiq olan qardaşlar döyüş boyunca Reynlə tanış olmağa çalışırlar. Reyn qardaşlardan birini öldürdükdən sonra digəri də ölür. Sona qalan qardaş son arzusunun sadəcə onun adını öyrənmək olduğunu bildirir və Reyn ona adını söyləyir. Daha sonra o yenidən Mins ilə qarşılaşır. Mins Reynə gizli cəsus olduğunu söyləyir, lakin Reyn ona inanmır. Mins Luizianada Vulfun Beliarın qabırğasını Reynin bədənindən çıxardıqdan sonra Reyni xilas edənin və hədəflərin adlarını və məkanlarını Reynə göndərən şəxsin məhz o olmasını bildirir. O, eyni zamanda Reynə özünün məğlub etdiyi G.G.G. qrupunun zabitlərinin adlarını təqdim edir. Minsə yenidən güvənən Reyn onunla birlikdə ürəyi Hedroksdan almaq üçün Hedroksu axtarmağa yola düşür, lakin darvaza onu Minsdən ayırır və Vulf Minsə hücum edərək, onun ürəyini qoparıb, çıxarır. Darvaza açıldıqdan sonra Reyn Minsin bir daha geri dönməyəcəyini anlayır və ona Vulfu öldürəcəyini söz verir. Hedroks ürəyi işə salır və nəticədə özü ölərək, Beliarı dirildir. Beliar Reyn və Vulfdan bədəninin geri qalan parçalarını tələb edir. Reyn Beliarı məğlub edir və onun döyünən ürəyini kənara atır. Daha sonra isə Vulfla döyüşərək, ilk öncə onun əllərini və sonra isə başını kəsir. Beliarın ürək döyüntüsü dayanır və qara rəng alır. Reyn ürəyi kanalizasiyaya atır. Son səhnədə Brimstounun Reynin atasını tapdığı bildirilir.

Personaj Məlumat
Reyn Qisas üçün atasını axtaran dampir. Brimstoun cəmiyyəti üçün işləyir.
Mins Reynin rəfiqəsi və müəlliməsi. Oyunun müxtəlif hissələrində Reynə kömək göstərir.
Yürqen Vulf Okkult artefaktlarla Hitleri hakimiyyətə gətirməyə çalışan Gegengeist Gruppe (G.G.G.) qrupunun lideri.
Beliar Mefisto tərəfindən qəsb edilərək paramparça edilib, hissələrinin dünyaya səpələnmiş olduğu şeytani varlıq. Bu qalıqlara sahib olan şəxs Beliarın qeyri-insani güclərini qazanır.
Hedroks Yeni Qvineyadan olan qədim, güclü vampir. Ölümsüzlük əldə etmək üçün Beliarın qalıqlarını ələ keçirməyə çalışır və nəticədə Beliarı dirildir.
Kommando Gegengeist Gruppe (G.G.G.) qrupunun sirli üzvü.
Batori Menqele Argentinada G.G.G. qrupunun gizli bazasında "daemit" adlandırılan parazit varlıqların üzərində çalışan nasist alim.
Ziqmund və Simon Kryuqer Əkiz qardaşlar, G.G.G. qrupunun üzvləri. Onlara qalib gəlmək üçün Reynin yalnız bir qardaşı öldürməsi yetərli olur.
D. Mauler Nasistlər tərəfindən gücləndirilmiş insan kibernetikası.
Von Blut Baş kahin, G.G.G. qrupunun üzvü.
  1. Steam. 2003.