Boz kardinal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi.

XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir.

O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi.

Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir. Lakin Rişelyönün arxasında heç bir vəzifə tutmayan, amma bütün məsləhətlərini baş nazirin ciddi nəzərə aldığı Kapusinlər ordeninin sadə rahibi Josef ata dururdu. Bundan xəbəri olanlar Jozefə kapusinlərin xarakterik geyimi-boz rəngli cübəssinə görə "boz kardinal" adı vermişdilər. O zamandan hakimiyyətdə üzdə görünməyən, lakin arxada mühüm məsələlər üzrə qərarların qəbul edilməsində ciddi rol alan şəxslərə "boz kardinal" deyirlər.

Tarixi nümunələri

[redaktə | mənbəni redaktə et]
  1. Nemtsova, Anna. "Is This the Mastermind Behind Russia's Crimea Grab?". www.thedailybeast.com. www.thedailybeast.com. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2016.
  2. Coalson, Robert. "Baku Leans on NGOs as Presidential Election Nears". www.eurasianet.org. www.eurasianet.org. 2015-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2016.