39°44′30″ şm. e. 45°32′46″ ş. u.HGYO

Bulaqlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Bulaqlar
39°44′30″ şm. e. 45°32′46″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Əzizbəyov rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Bulaqlar xəritədə
Bulaqlar
Bulaqlar

Bulaqlarİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[1]

Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi.

Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Şərur-Dərələyəz mahalının yaşayış məntəqələri

Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır[2].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir.

Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır[3].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.

1949-cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.88- 89, 158-159
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.89, 159