Busir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Busir
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr
Vəfat tarixi VIII əsr

Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir.

Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular.[1] Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır.[2] Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü.[3][4]

  1. Togan, s.399
  2. Kurat, s.33
  3. Vasiliyev, s. s.298
  4. Günah Çıkartıcı Theofanis, Günah Çıkartıcı Theophanes Vakainameleri (kronikler), Oxford University Press, 1997. ISBN 0-19-822568-7 sf. 520
  • Togan, Zeki Velidi. Hazarlar md. İslam Ansiklopedisi, Cilt V, İstanbul, 1970
  • Kurat, Akdes Nimet. IV-XVIII. Yüzyıllarda Karadeniz Kuzeyindeki Türk Kavimleri ve Devletleri, Murat Kitabevi, Ankara, 1992. ISBN 975-7734-00-4
  • Vasiliyev, Aleksandr Aleksandroviç. Bizans İmparatorluğu Tarihi I, İstanbul, 1943.