Cüzeppe Berqomi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cüzeppe Berqomi
it. Giuseppe Bergomi
Ümumi məlumatlar
Ləqəbi Lo Zio[3]
Doğum tarixi 22 dekabr 1963(1963-12-22)[1][2] (61 yaş)
Vətəndaşlığı
Boyu 183 sm[4]
Çəkisi 78 kq[4]
Mövqeyi mərkəz müdafiəçisi[d], müdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzeppe Berqomi (it. Giuseppe Bergomi, 22 dekabr 1963[1][2]) — İtaliyalı keçmiş futbolçu. Bütün karyerasını, heyətində 750-dən çox oyunda meydana çıxdığı "İnter Milan" klubunda keçirib. 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Milanda anadan olan Berqomi cəmi 16 yaşında "İnter Milan"ın əsas komandasında məşqlərə başladı və 22 fevral 1981-ci ildə A Seriyasında "İnter" — "Komo" oyununda debüt etdi. Növbəti il "İnter"lə İtaliya Kubokunu qazandı.[5] Həmçinin "İnter"in əsas komandasında ardıcıl çıxış edərək UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəldikdən sonra o, tezliklə İtaliya milli komandasına dəvət edildi və millinin əsas oyunçusuna çevrildi.[6]

Berqomi bütün karyerasını "İnter"də keçirtmiş və komandanın kapitanı olmuşdur. "İnter"in heyətində ümumilikdə 754 rəsmi oyuna çıxmış və 29 qol vurmuşdur.

Berqomi 1999-cu ildə, demək olar ki, 36 yaşında təqaüdə çıxdı və 2011-ci ilin sentyabr ayının sonlarına qədər "İnter"in heyətində ən çox oyun keçirən futbolçu hesab edilirdi. Daha sonra onun bu rekordu Xavyer Zanetti tərəfindən qırıldı.

96 oyunla o, hazırda UEFA Kubokunda ən çox oyun keçirən rekorda sahibdir.[7]

İtaliya ilə Berqomi 1982 FIFA Dünya Kubokunu qazandı. Həmçinin o, 1986 və 1990-cı illərdəki çempionatlarda (sonuncuda kapitan kimi çıxış edib), eləcə də millinin yarımfinala yüksəldiyi UEFA Avro 1988-də çıxış edib və turnirin rəmzi komandasına seçilib. İtaliya millisində 81 oyunda meydana çıxıb (6 qol), bunlardan 33-də isə kapitan kimi çıxış edib.

Kiçik yaşlarından saxladığı bığa görə "Lo Zio" (italyancadan — "əmi") ləqəbini alıb.[8]

İştirak statistikası

[redaktə | mənbəni redaktə et]
Klub, turnir və mövsüm sayına görə oyun və qolları
Klub Mövsüm A Seriyası Ölkə kuboku Avropa Toplam
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
İnter 1979–80 0 0 1 0 1 0
1980–81 12 0 4 0 16 0
1981–82 24 2 10 2 4 0 38 4
1982–83 27 1 9 1 6 0 42 2
1983–84 25 0 5 0 5 0 35 0
1984–85 29 2 9 0 10 0 48 2
1985–86 30 5 6 0 10 0 46 5
1986–87 28 2 9 0 8 0 45 2
1987–88 28 1 9 0 5 0 42 1
1988–89 32 1 8 0 6 0 46 1
1989–90 32 2 5 0 2 0 39 2
1990–91 30 3 4 1 12 0 46 4
1991–92 29 0 6 0 2 0 37 0
1992–93 31 2 6 0 37 2
1993–94 31 0 4 0 12 0 47 0
1994–95 32 2 7 1 2 0 41 3
1995–96 27 0 5 0 1 0 33 0
1996–97 19 0 7 0 10 0 36 0
1997–98 28 0 5 0 9 0 42 0
1998–99 23 1 5 0 9 0 37 1
Karyerasında toplam 517 24 120 5 117 0 754 29
Milli Komanda il Oyun Qol
İtaliya 1982 6 0
1983 4 0
1984 9 0
1985 7 0
1986 8 2
1987 8 1
1988 11 2
1989 10 1
1990 12 0
1991 2 0
1998 4 0
Toplam 81 6
  • İtaliya çempionu (2): 1979/1980, 1988/1989
  • İtaliya çempionatının gümüş mükafatçısı (2): 1992/1993, 1997/1998
  • İtaliya çempionatının bürünc mükafatçısı (6): 1982/1983, 1984/1985, 1986/1987, 1989/1990, 1990/1991, 1996/1997
  • İtaliya kubokunun qalibi: 1982
  • İtaliya Superkubokunun qalibi: 1989
  • UEFA kubokunun qalibi (3): 1990/1991, 1993/1994, 1997/1998
  • UEFA kubokunun finalçısı: 1996/1997

İtaliya millisi

[redaktə | mənbəni redaktə et]
  • Dünya çempionu: 1982
  • Dünya çempionatının bürünc mükafatçısı: 1990
  • Avropa çempionatının bürünc mükafatçısı: 1988
  • FIFA 100: 2004
  • Qaytano Şirea Mükafatının qalibi: 1997
  1. 1 2 Giuseppe Bergomi // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Giuseppe Bergomi // Argentine Soccer Database (isp.).
  3. https://web.archive.org/web/20210621102342/https://www.championat.com/football/article-3144535-otmorozki-mirovogo-futbola.html.
  4. 1 2 3 Профиль игрока на calcio.com.
  5. Fabio Monti. "Bergomi, Giuseppe" (italyan). Treccani. 2002. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Giuseppe Bergomi" (italyan). Storie di Calcio. 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "UEFA Europa League Statistics Handbook 2014–15: All-Time Records (1971–2015)" (PDF) (ingilis). UEFA. 2023-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 yanvar 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "European football's best nicknames". UEFA.com (ingilis). 4 oktyabr 2017. 6 avqust 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]