Cavad xan Şirvanski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavad xan Şirvanski
Cavad xan Mustafa xan oğlu Sərkər
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi ən tezi 1877
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Atlı qoşun
Xidmət illəri 1834-1882
Rütbəsi General-mayor
Döyüşlər Rusiya-Osmanlı müharibəsi (1877-1878)
Əlaqələri Mustafa xan (atası)
İstefada 1882
Təltifləri IV dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli "Müqəddəs Anna" ordeniII dərəcəli Müqəddəs Stanislav ordeni II dərəcəli "Müqəddəs Anna" ordeni

Cavad xan Şirvanski (rus. Джавад Хан Ширванский) — Rusiya İmperator ordusunda general mayor. Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı korneti.[1]

1809-cu ildə[2] və ya 1814-cü ildə[3] Şamaxıda doğulmuşdur. Atası Şirvan xanı Mustafa xan, anası isə İslamı qəbul etmiş gürcü, Adolf Berjenin sözləri ilə desək gözəllikdə tayı-bərabəri olmayan Güləndam xanım (ö. 1858) idi.[2] Saray təhsili almışdır. 2 yaşından bəri Abbas Mirzənin himayəsində böyümüşdür. Muğan düzündəki Xaki kanalının sahibi idi.[4]Həsən bəy Zərdabiyə "Cəmiyyət Xeyriyyə" təşkilatı üçün 3700 rubl kömək etmişdi.[5]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1832-ci ilin iyul-avqust aylarında atası tərəfindən hələ 19 yaşındaykən qohumları Hüseyn bəy Şıxəlibəyli (1797-1842) və Əbdürrəhman sultan (1808-1855) ilə birlikdə Rusiya İmperator ordusuna yazdırılmışdı. 1833-cü ildə isə o artıq Əlahiddə Qafqaz Korpusu komandiri, Qafqaz Canişini Qriqori Rozen tərəfindən çeçenlərə qarşı döyüşlərdən ötrü "İgidliyə görə" gümüş qılıncı ilə mükafatlandırıldı.[3][6]

6 aprel 1834-cü ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı kornet təyin olundu.[7] Qardaşı Məmməd xan isə 1-ci kadet korpusunda təhsilə başladı.[3]

1837-ci ildə Leyb-Qvardiyanın Qusar polkuna köçürüldü.Növbəti il isə 3-cü dərəcədən Müqəddəs Anna ordeni ilə təltif edildi. 1839-cu ildə 3-cü dərəcədən Müqəddəs Stanislav ordeni ilə təltif olunaraq leytenant rütbəsi aldı. 1840-cı ildə "İgidliyə görə" qızıl qılıncı ilə mükafatlandırıldı.[8] Növbəti il 4-cü dərəcəli Müqəddəs Vladimir ordenini alaraq ştabs-rotmistr rütbəsinə yüksəldi.

1855-ci ildə polkovnik rütbəsinə yüksələn Şirvanski,[7] növbəti il II Aleksandrın Moskvadakı tacqoyma mərasimində Şamaxı quberniyasını təmsil etmiş, 2-ci dərəcədən Müqəddəs Anna ordeni ilə mükafatlandırılmışdı.[9] Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, 1877-ci ildə "Türklərə qarşı qələbəyə görə" medalı ilə təltif edilərək general-mayorluğa yüksəldilmişdir. 1882-ci ildə istefaya çıxmışdı.

1849-cu ildə Hüseyn bəy Şıxəlibəylinin qızı Gövhər xanımla evlənmişdir. Övladları:

  • Bala xan Şirvanski (d. 1852)
  • Əmir xan Şirvanski (d. 1854)
  • Rəşid xan Şirvanski (d. 1857)
  • Sitarə bəyim (d. 1860)
  1. "Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa olundu". 2018-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  2. 1 2 Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 5, səh. 1111
  3. 1 2 3 Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 8, səh. 496-497
  4. S.A.Məlik-Sarkisyan, "Muğan düzü", 1897, Sankt Peterburq, səh. 44
  5. "Həsən bəy Zərdabinin "Бакинский листок" qəzetinə məktubu". 2019-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  6. 1841-ci ildə Rusiya imperiyasının ordusu ümumi heyəti. Cild 1, səh 176 Arxivləşdirilib 2016-12-11 at the Wayback Machine.
  7. 1 2 Rütbəsinə görə polkovniklərin siyahısı (1859) - səh. 321 Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
  8. E. E. İsmayılov. "İgidliyə görə" yazılı qızıl silahla təltif olunan 1788-1913-cü ildəki kavalyerlərin siyahısı. - Moskva, 2007, s. 213[ölü keçid]
  9. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 10, səh. 715 Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine