Corcone

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Corcone
it. Giorgione
Doğum tarixi 1470-ci illər
Doğum yeri
Vəfat tarixi 1510[1][2][…]
Vəfat yeri
Vəfat səbəbi taun
Fəaliyyəti rəssam, vizual incəsənət rəssamı
Janrlar tarix rəssamlığı[1][3], portret[1][3], peyzaj[1][3], dini incəsənət[d][1], [3], dini rəssamlıq[d][3], janr rəssamlığı[3]
Stillər Yüksək İntibah[4], İntibah dövrü[1][4]
Tanınmış işləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corcone (it. Giorgione; 1470-ci illər, Kastelfranko-Veneto[d], Venesiya Respublikası[1][3][…]1510[1][2][…], Venesiya, Venesiya Respublikası[1][3][…]) — İtaliya rəssamı.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Venesiya məktəbinin sonrakı inkişafı Corconenin adı ilə bağlıdır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri insanda incə və lirik hisslər oyadır. Bu isə ona görədir ki, onun ən məşhur əsərlərində, məsələn, "Yudif", "Üç filosof", "Tufan" və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və gözəl bir harmoniya yaradır.

Corcone yaradıcığının mərkəzində duran insanla təbiətin ahəngdar vəhdəti onun "Yatan Venera" tablosunda daha dolğun təcəssüm olunmuşdur. Drezden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən gözəl nümunələrindən biridir.