39°49′49″ şm. e. 44°42′09″ ş. u.HGYO

Dəvəli (Vedibasar)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Dəvəli
39°49′49″ şm. e. 44°42′09″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 856 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 7.609 nəf. (2011)[1]
Rəsmi dili
Dəvəli xəritədə
Dəvəli
Dəvəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Dəvəli, Araratİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]1728-ci ildən mə'lumdur[3][4][5]

Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[6], Qafqazın 5 verstlik xəritəsində[7] qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır[8]. 1975-ci ildə kənd Ararat adlandırılmışdır.

Toponim qacarların bir boyu olan dəvəli etnonimi[9] əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur[10][11]. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən[12] gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.

1828-ci ilədək burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqayiləsinə əsasən 1828-ci illərdə İranın Maku və Salmas mahallarının Aslanik, Dirişik və Zevaqyuğ kəndlərindən köçürülən ermənilər Dəvəlidə yerləşdirilmişdir[13]. 1831-ci ilin kameral təsvirində Vedibasar mahalında 574 müsəlman, cəmi 2 yerli və işğaldan sonra İrandan köçürülmüş 200 erməni ailəsi qeydə alınmışdır. Amma 574 ailə müsəlmanların sayını real əks etdirmir, çünki yuxarıda qeyd etdiyimiz kimi, əhalinin xeyli hissəsi hərbi əməliyyatlar gedən ərazilərdən uzaqlaşmış və yalnız 1834-cü ildən sonra geri qayıtmağa başlamışdılar. 2 yerli erməni ailəsi Böyük Vedi kəndində qeydə alınmışdır, İrandan köçürülən erməni ailələrindən 1 ailə Xorvirab, 101 ailə Dəvəli, 98 ailə isə Böyük Vedi kəndində məskunlaşdırılmışdı.[14][15] Kənddə 1831-ci ildə 2 tatar ailəsi 11 kişi, 17 qadın 28 nəfər azərbaycanlı, 633 erməni, İrandan köçürülmüş 101 erməni ailəsi, 1873-cü ildə 207 nəfər azərbaycanlı, 1760 erməni, 1886-cı ildə 263 nəfər azərbaycanlı, 1975 erməni, 1897-ci ildə 686 nəfər azərbaycanlı, 2650 erməni yaşamışdır[16]. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuşdur. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdır[17]. 1988-ci ildə Azərbaycanlı əhalisi qovulmuşdur. Sonralar azərbaycanlılar kənddən çıxarılmış və kənddə yalnız ermənilər qalmışdır. İndi burada təkcə ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  4. Budaqov B.Ə. ERmənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuəsi. Bakı, 1990.
  5. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәвәли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.72
  8. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  9. 394, s.44–45
  10. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.
  11. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. — VIII в. "Историческая география Азербайджана". Баку, 1987.
  12. Hüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun "Elmi əsərləri", 1974, № 8.
  13. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.555–558
  14. 4Сборник сведений о Кавказе. Т.5.Списки населенных месть Кавказского края. Ч.1. Тифлис:1879. Эриванская губерния.
  15. "Arxivlənmiş surət" (PDF). 2020-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-22.
  16. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 154–155
  17. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.154–155