Dalay Lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır.
Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir.
Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar. Bu körpə müəyyən əlamətlərə malik olmalı və müəyyən testlərdən keçməlidir. Axtarışlar adətən bir neçə il davam edir. Sonra körpə Lhasaya göndərilərək təcrübəli lamaların rəhbərliyi altında təhsil alır. Dalay Lama və Pançen Lama (Dalay Lamadan sonra ikinci lama sayılır) bir-birinə müəllim-şagird kimi bağlı olurlar, kim böyükdürsə o, müəllim, balaca olan isə şagird olur. Dalay Lamanı həmçinin Tibetin lideri adlandırırlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]1578-ci ildə monqol-tumetlərin başçısı Altan xan öz xalqı ilə birlikdə Qeluq məktəbinin yüksək titullu lamalarından birindən buddizmi qəbul edərək ona Dalay Lama titulunu verirlər. V Dalay Lama oyrat-qoşutların başçısı Quşi xandan dəstək alaraq XVII əsrdə Tibeti birləşdirməyə nail olur. O vaxtdan çinlilərin Tibeti 1959-cu ildə tutmasına qədər ölkəni idarə etmişlər. XIV Dalay Lama Çin Xalq Respublikası ərazisində yeni Dalay Lamanın doğulmayacağını və ola bilsin ki, ümumiyyətlə bundan sonra heç doğulmamasını bildirmişdir.
Dalay Lamaların Qış iqamətgahı (Beşinci Dalay Lamadan başlayaraq) Lhasada yerləşən Potala sarayı, yay dövründə isə Norbulinq sarayıdır. 1959-cu ildən başlayaraq Dalay Lama şimali hind şəhərciyi Dharamsalada yaşayır.
Dalay Lamaların siyahısı
[redaktə | mənbəni redaktə et]- I Dalay Lama (1391–1474)
- II Dalay Lama (1475–1541)
- III Dalay Lama (1543–1588)
- IV Dalay Lama (1589–1616)
- V Dalay Lama (1617–1682)
- VI Dalay Lama (1683–1706)
- VII Dalay Lama (1708–1757)
- VIII Dalay Lama (1758–1804)
- IX Dalay Lama (1806–1815)
- X Dalay Lama (1816–1837)
- XI Dalay Lama (1838–1856)
- XII Dalay Lama (1856–1875)
- XIII Dalay Lama (1876–1933)
- XIV Dalay Lama (1935—)