Debian
Debian | |
---|---|
Tipi | Linux əməliyyat sistemləri, viki, veb-sayt, təşkilat |
Müəllif | |
Repozitoriya | salsa.debian.org/public |
İnterfeys | GNOME, Xfce, KDE Plasma, Cinnamon, MATE, LXDE, LXQt[1] |
İnterfeysin dili | çoxdilli[d] |
Yayımlanma tarixi | 16 avqust 1993 |
Platforma | x86_64[d][4], ARM[d][5], MIPS[d][6], x86[7] |
Sonuncu versiya | 12.7[2] |
Sayt | debian.org |
Vikianbarda əlaqəli mediafayllar |
Debian ― Linux-a və ya GNU Hurd-a əsaslanan, yanlız sərbəst yayılan proqram təminatından ibarət olan və ilkin kodu açıq olan əməliyyat sistemidir.
Bir çox Linux əməliyyat sistemi Debian əməliyyat sistemi əsasında yaradılmışdır. Hazırda Linux əməliyyat sisteminin ən populyar və önəmli distributivlərindən biridir. “Debian” adı layihənin əsasını qoyan Yan Mördok (Ian Murdock) və onun qız dostu (sonradan arvadı, indi isə keçmiş həyat yoldaşı) Debra Linn’in (Debra Lynn) adlarından yaranıb. Debian heç bir şirkətə məxsus olmayıb, cəmiyyətin məhsuludur. Debian 5.0 lenny-nin bütün paketlərinin yaradılması (323 milyon sətir kod) 8 milyard dəyərində işə barəbər hesab edilir.
Debian, quraşdırma zamanı bir və ya bir neçə popular masaüstü mühitlərini seçməyi təklif edir. Defolt mühiti - GNOME-dır. Sistemi quraşdırandan sonra "tasksel" komandası ilə başqa mühitləri quraşdırmaq olar.
Paket idarə edilməsi
[redaktə | mənbəni redaktə et]Debianda yeni paket lokal sistemdən qurulduğu zaman dpkg paket idarə etmə alətindən istifadə edilir. Əgər paket internet üzərindən qurulursa, onda apt-get alətindən istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://commons.wikimedia.org/wiki/File:Debian-Installer_10_Tasksel.svg
- ↑ https://www.debian.org/News/2024/20240831
- ↑ https://www.debian.org/doc/manuals/project-history/ch-intro.en.html.
- ↑ https://www.debian.org/ports/amd64/.
- ↑ Ports.
- ↑ https://www.debian.org/ports/mips/.
- ↑ https://www.debian.org/ports/index.en.html.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2012-03-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.