Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər.
Oyunun qaydaları
[redaktə | mənbəni redaktə et]Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər.
Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir:
Ay Zərbəli, Zərbəli, İti boşla, gəl bəri.
Ay Dursun, Dursun, Dursun Öküzüm səni vursun.
Ay Xəlil, Xəlil, Bağlardan gəlir, Quş vuran yerdə, Olasan zəlil.
Ay Asiya, Asiya, Qaşığı saldı kasıya, İstədim mən vermədi, Satdı bir abbasıya.
Ay Əli Murquz, Gəl məni durquz, Yoxsa küsərəm, Qalarsan yalquz.
Ay Roza, Roza, Mindi xoruza, Getdi Tiflisə, Gəlmədi bizə.
Tağı-Tağı, İtirib bağı, Hey axtarır, Yağ çırağı.
Ay Fatma, Fatma, Fatma Yerində şıllaq atma, İki xoruz, bir fərə Fatmanı verdim ərə.
Ay Ramazan, Başı qazan, Oxloy atar, Qarnı batar.
Şəlabanı, Şəlabanı. İki əli, Bir dabanı.
Gəlirdi Səfi, Əlində dəfi, Səfi yıxıldı, Dəfi cırıldı, Ağlama Səfi, Alaram dəfi.
Fatma, Tükəzban, Qarışdı hər yan, Kişnədi göylər, Dağıldı evlər.[1]
Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 23.