Donald Kram
Donald Kram | |
---|---|
ing. Donald J. Cram | |
Doğum tarixi | 22 aprel 1919[1][2][…] |
Vəfat tarixi | 17 iyun 2001[1][2][…] (82 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Elm sahəsi | kimya |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Donald Ceyms Kram (22 aprel 1919[1][2][…] – 17 iyun 2001[1][2][…]) — amerikalı kimyaçı, 1987-ci ildə"Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə" kimya üzrə Nobel mükafatı laureatı olub , bu mükafatı həmkarları Jan-Mari Len və Çarlz Pedersen ilə paylaşdı. Bir karbonil qrupuna malik nukleofilik təsirin nəticəsini proqnozlaşdıran bir model Kram qaydası ilə tanınır. Len və Pedersen ilə birlikdə supramolekulyar kimya sahəsində qondarma "ev sahibi-qonaq" kompleksinin kimyasını qurdu.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]D. Kram Vermont ştatının Çester şəhərində mühacir ailəsində doğulub böyüyüb boya başa çatmışdı. Atası Şotland əsilli , anası isə Alman əsilli idi. Atası Kram dörd yaşına çatmamış öldü və o, başqa uşaqların dəstəyi ilə böyüdü. Erkən yaşda işləməyə başladı, meyvə toplamaq, qəzet çatdırmaq, ev rəngləmək kimi işlərlə məşğul oldu ki , öz fortepiano dərslərini ödəmək üçün pul qazanmağa məcbur idi. On səkkiz yaşına kimi o, çox müxtəlif ixtisas üzrə çalışmışdır.[4] D. Kram Nyu-Yorkun Long Island şəhərindəki Vinvuud Liseyində oxuyub.[5] 1938–1941-ci illərdə Florida ştatının Vinter Park şəhərindəki Rollins Kollecində oxuyub və Milli Şərəf Təqaüdünə layiq görülüb. Orada kimya kafedrasında müəllim köməkçisi işləyib, çox fəal müəllim olub, xorda oxuyub, Pfi və Zeta Alfa Elison Cəmiyyətinin üzvü və Lamba Çi Alfanında fəalı olub. D. Kram təcrübələr üçün öz avadanlıqlarını yaratmaqla kollecdə bir qədər şöhrət qazandı. Rollinsdən 1941-ci ildə kimyadan bakalavr məzunu oldu.[6] 1942-ci ildə Nebraska-Linkoln Universitetini magistr dərəcəsi ilə bitirdi. Üzvi kimyadan müəllimi Norman O. Kromvelin olub[7]. Onun tədqiqat mövzusu "Aminoketonlar, heterosiklik ikincili aminlərin bromla doymamış ketonlarla reaksiyalarının mərhələli mexanizmi"olmuşdu.[8] 1947-ci ildə D. Kram Harvard Universitetini üzvi kimya fəlsəfə doktoru adı ilə bitirdi[10]. Orada o, "2-(ketoalkil)-3hidroksi-1,4-naftoxinonların sintezi və reaksiyaları" adlı dissertasiya işini yazdı.[9]
Karyerası
[redaktə | mənbəni redaktə et]1942-ci ildən 1945-ci ilə qədər D. Kram Merck & Co-nun laboratoriyasında Maks Tişlerin rəhbərliyi altında penisilin üzərində tədqiqatlar apardı.[10] O, dissertasiya işini Massaçusets Texnologiya İnstitutunda professor Con D. Robertsin rəhbərliyi altında aparıb. Karbon birləşməsinin nukleofil təsiri reaksiyasının nəticəsini proqnozlaşdıran asimmetrik induksiya qaydasını və ya Kram qaydasını kəşf etdi. Üzvi kimya üzrə bu barədə 350-dən çox monoqrafiya və 8 kitab nəşr etdirmişdi.[11]
Elmi işi
[redaktə | mənbəni redaktə et]D. Kram, Çarlz Pedersenin spesifik metal ionlarını tanıyan və seçici şəkildə birləşdirə bilən iki ölçülü üzvi birləşmələri olan yeni efirlərinin innovativ sintezini genişləndirdi. Kram bu strukturları üçölçülü strukturlara çevirən molekulları sintez edərək, onların üçölçülü strukturlarının bir-birini tamamlaması səbəbindən digər reagentlərlə seçici şəkildə qarşılıqlı təsir göstərə bilən müxtəlif formalı molekullar kütləsi yaratdı. Kramın işi sintezdə irəliyə doğru böyük bir addım idi: fermentləri və digər təbii molekulları təqlid edən strukturların yaradılması, onların davranışı strukturun xüsusiyyətləri ilə müəyyən edilməsi. D. Kram həmçinin asimmetrik induksiya qaydasını (Kram qaydası) təklif edərək stereokimya üzərində iş aparmışdır.
Kram qaydası
[redaktə | mənbəni redaktə et]D. Kram qaydası asimmetrik sintez imkanını açır ki, bu da ilkin olaraq optik cəhətdən aktiv olmayan reagentlərdən optik aktiv birləşmələrin alınması üsuludur. Bu, ketonların diasteroselektiv reaksiyaları zamanı əmələ gələn mərkəzin üstünlük təşkil edən konfiqurasiyası ilə keton molekulunda artıq mövcud olan mərkəzin konfiqurasiyası ilə əlaqədardır. Keton radikal və karbonil qrupunun transoid düzülüşü ilə uyğunlaşmada reaksiya verir. Kram qaydasına uyğun olaraq, radikal hissənin yaxınlaşması əvəzedicilərdən daha kiçik olan tərəfdən həyata keçirilir. Ketonların mürəkkəb metal hidridləri, qələvi metallar, Na amalgam ilə reduksiyası zamanı, habelə ketonların orqanometalik birləşmələrlə reaksiyaları zamanı əmələ gələn spirtlərin konfiqurasiyalarını əlaqələndirmək üçün Kram qaydası istifadə olunur. D. Kram qaydası 1952-ci ildə təklif edilmişdi.
Tədris fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]D. Kram 1947-ci ildə Los-Ancelesdəki Kaliforniya Universitetində yüksək səviyyəli müəllim vəzifəsinə işə alındı və 1955-ci ildə professor oldu. O, 1987-ci ildə təqaüdə çıxana qədər orada çalışdı. D. Kram məşhur müəllim idi, ümumilikdə o, 8000-ə yaxın tələbəyə dərs deyib və 200 aspiranturaya rəhbərlik edib. O, gitara çalmaqla və xalq mahnılarını oxumaqla tələbələrini əyləndirirdi.[10] O, bir dəfə demişdi: "Tədqiqatçı inancla, qeyri-müəyyən fikir və bir neçə çılğın təcrübə ilə yeni bir sahədə araşdırmaya başlayır. Zamanla müsbət və mənfi nəticələrin təsadüfi birləşməsi işi harasa istiqamətləndirir. Tədqiqat başa çatdıqda, tədqiqatçı onun necə başlamalı və necə aparılmalı olduğunu bilir"[12].
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]D. Kram karyerasının qurbansız olmadığını etiraf etmişdi. İlk həyat yoldaşı Jean Turner idi. O, həm də Rollinsin məzunu olub, 1941-ci ildə Kolumbiya Universitetində magistratura proqramına daxil olub və burada sosiologiya üzrə təhsil alıb. İkinci həyat yoldaşı isə keçmiş kimya professoru Ceyn idi. Kram eyni vaxtda yaxşı alim və ata ola bilməyəcəyinə inandığı üçün uşaq sahibi olmadı.[13] D. Kram 2001-ci ildə 17 iyunda 82 yaşında xərçəngdən öldü.[14]
Mükafatları
[redaktə | mənbəni redaktə et]Aşağıdakı akademiyaların üzvü:
- ABŞ Milli Elmlər Akademiyası (1961)[15],
- Amerika İncəsənət və Elmlər Akademiyası (1967)
- Saul Vinstein, üzvi kimya kafedrasında müdir
- 1954 — Quggenhaim Təqaüdü[16]
- 1965 — Sintetik Üzvi Kimyada Yaradıcı Əməyə görə Amerika Kimya Cəmiyyətinin Mükafatı
- 1974 — Artur Koup Mükafatı
- 1979 — Yüzillik Mükafatı
- 1984 — Amerika Kimya Cəmiyyəti, Cənubi Kaliforniya Tolman Mükafatı
- 1985 — Villard Gibbs mükafatı
- 1987 — Kimya üzrə Nobel Mükafatı[17][18][19]
- 1989–3M Mühazirələri
- 1989 — Glenn T. Seaborg medalı
- 1992 — ABŞ Milli Elmlər Akademiyasının Kimya Elmləri Mükafatı
- 1993 — ABŞ Milli Elm Medalı[20][21]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Donald J. Cram // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 http://www.nasonline.org/member-directory/deceased-members/56650.html.
- ↑ Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.
- ↑ James , Laylin K. Nobel Laureates in Chemistry 1901–1992 (неопр.). — Washington, DC: American Chemical Society and Chemical Heritage Foundation, 1994. — С. 146pp. — ISBN 0-8412-2459-5.
- ↑ Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.
- ↑ Donald Cram, Nobel Laureate and UCLA Chemist, Dies at 82". Дата обращения: 19 июня 2001. Архивировано из оригинала 10 декабря 2012 года.
- ↑ University of Nebraska Research Library entry. Дата обращения: 9 декабря 2012. Архивировано из оригинала 18 февраля 2020 года.
- ↑ Harvard Library Hollis search
- ↑ Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.
- ↑ Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.
- ↑ Donald J. Cram. Autobiography. The Nobel Foundation. Архивировано 10 декабря 2012 года.
- ↑ Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.
- ↑ Donald Cram, Nobel Laureate and UCLA Chemist, Dies at 82". Дата обращения: 19 июня 2001. Архивировано из оригинала 10 декабря 2012 года.
- ↑ Крам, Дональд Джеймс на сайте Национальной академии наук США (англ.)
- ↑ Donald J. Cram (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 11 апреля 2019. Архивировано 2 ноября 2020 года.
- ↑ Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.
- ↑ "Donald Cram, Nobel Laureate and UCLA Chemist, Dies at 82". Дата обращения: 19 июня 2001. Архивировано из оригинала 10 декабря 2012 года.
- ↑ Donald J. Cram. Autobiography. The Nobel Foundation. Архивировано 10 декабря 2012 года.
- ↑ " Studies in Stereochemistry. X. The Rule of "Steric Control of Asymmetric Induction" in the Syntheses of Acyclic Systems Donald J. Cram, Fathy Ahmed Abd Elhafez J. Am. Chem. Soc.; 1952; 74(23); 5828–5835.". Дата обращения: 9 декабря 2012. Архивировано 30 октября 2008 года.
- ↑ "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- Pages using the JsonConfig extension
- 22 apreldə doğulanlar
- 1919-cu ildə doğulanlar
- 17 iyunda vəfat edənlər
- 2001-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Los-Anceles Kaliforniya Universitetinin müəllimləri
- Harvard Universitetinin məzunları
- Nebraska-Linkoln Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Kimya üzrə Nobel mükafatı laureatları
- ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər