E.ə. I minillik
Naviqasiyaya keç
Axtarışa keç
E.ə. I minilliyin əvvəlləri Azərbaycanda Manna quldarlıq dövləti meydana gəlmişdir. Bu dövlət Urmiya gölü hövzəsində yaranmışdır. Manna bu yerlərdə məskun olmuş yerli kuti, lullubi, hürrilər və başqa soyların və soy birləşmələrinin varisi idi. Manna qonşu Assuriya və Urartu quldar dövlətlərinin tez-tez hücumlarına məruz qalırdı. İşğalçılar şəhər qalalarını dağıdır, çoxlu əsir və qənimətlər ələ keçirirdilər. E.ə. IX–VIII əsrlərin hüdudunda artıq güclü bir dövlətə çevrilmişdi. Dövlətin paytaxtı möhkəmləndirilmiş İzirtu şəhəri idi.[1]
Doğulanlar
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.18–19