Entoni Legget
Entoni Legget | |
---|---|
Doğum tarixi | 26 mart 1938[1][2] (86 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | fizika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Dirk ter Haar |
Tanınmış yetirməsi | Amir O. Caldeira |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Entoni Legget (26 mart 1938[1][2], Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var.
Təhsili
[redaktə | mənbəni redaktə et]Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır. Karyerası boyunca araşdırmalar və qiymətləndirmələr edən Legget yapon dilini də öyrənir. 1958-ci ildə fizika sahəsində Oksfordda ikinci lisenziya diplomunu da almağa qərar verir. O dövrdə ikinci lisenziya diplomu çox məşhur olmadığı üçün Legget universitet Şurasını əsgərlikdən qaçmaq üçün deyil, karyerası üçün müraciət etdiyinə razı etmək məcburiyyətində qalmışdır. 1959-cu ildə müraciəti qəbul edilir. Fizika üzrə doktorluq dissertasiyasın Oksford Universitetində tamamlayır. Qısa bir müddət ərzində İllinoys Universitetində araşdırma vəzifəlisi olaraq çalışır.
Təhsil xronologiyası[5] | |
---|---|
Lisey | Beaumont College, London (1954) |
Universitet | Lisenziya Klassik Ədəbiyyat, Baliol College, Oksford Universiteti (1959) |
Universitet | Lisenziya Fizika, Merton College, Oksford Universiteti (1961) |
Universitet | Aspirantura -Fizika, Oksford Universiteti (1964) |
Akademik | İllinoys Universiteti, Urbana-Champaign (1964–1965) |
Akademik | Kyoto Universiteti (1965–1966) |
Müəllim | Sussex Universiteti (1967–69) |
Müəllim | Sussex Universiteti (1969–1983) |
Müəllim | Kornell Universiteti (1983) |
Professor | MakArtur Fizika Professoru, Urbana-Champaign, Illinoys Universiteti (1983 -) |
Karyerası
[redaktə | mənbəni redaktə et]İllinoys Universitetində qısa dövr karyerasından sonra Legget şimal-şərqi Asiya ilə maraqlanmağa başlayır. İngilis akademik karyerasından əvvəl özünü hazırlamaq üçün tanışları vasitəsilə Yaponiyadakı Kyoto Universitetindən "Professor Takeo Matsubara"nın qrupuna girməyi bacarır. Dili inkişaf etdirmək üçün digər tələbələrin əksinə olaraq yapon tələbələrlə yurdda qalıb ingiliscəni çox istifadə etməməsi " CIA agenti olduğu" şayiələrinə səbəb olmuşdur.
Yaponiyadan ayrıldıqdan sonra Oksford, Harvard və İllinoys kimi universitetlərdə müəllim olmağa çalışarkən yeni qurulan Sussex Universitetinə qəbul edilir.
Kornell Universitetində təhsil üzvlük məlumat meyarlarını da öz tərcümeyi-halına əlavə etdikdən sonra 1983-cü ildə hələ akademik heyətində olduğu İllinoys Universitetində professor olmuşdur.
Mükafatları və uğurları
[redaktə | mənbəni redaktə et]Mükafatlar və dərəcələr[6][7][8][9][10] | ||
---|---|---|
Tarix | Mükafat | Mükafatı verən təşkilat və ya şəxs |
2005 | İngiliz İmperatorluğu cəngavərlik ünvanı (Sir) | II Yelizaveta tərəfindən "fizika xidmətləri üçün" |
2003 | Fizika üzrə Nobel mükafatı (VL Ginzburg ve AA Abrikosov ilə) | |
2002/2003 | Wolf Fondu mükafatı (BI Halperin ilə) | Maddənin sıxılmış formalarını araşdırdığı üçün |
1999 | Xarici üzvü | Rusiya Elmlər Akademiyası |
1999 | Eugene Feenberg Memorial Medalı | |
1998 | Fəxri üzv | Birləmiş Krallıq Fizika İnstitutu |
1997 | Üzv | Milli Elmlər Akademiyası |
1991 | Paul Dirak Medalı | |
1985 | Üzv | Amerikan Fizika Dərnəyi |
1981 | Doqquzuncu Simon Memorial mükafatı | İngilis Fizika İnstitutu |
1981 | On birinci Fritz London Memorial mükafatı | |
1980 | Üzv | Royal Society |
1975 | Maksvell Medalı ve Fizika İngilis İnstitutu mükafatı | |
Xarici üzv | Rusiya Elmlər akademiyası |
Fizika üzrə Nobel mükafatı
[redaktə | mənbəni redaktə et]Entoni Legget " Üstün axıcılıq qaydalarına istiqamət verici fəaliyyətləri səbəbiylə" 2003-cü ildə Fizika üzrə Nobel mükafatına Aleksey A. Abrikosov və Vitali L. Qinzburg ilə birlikdə layiq görülmüşdür. Leggett helium-3ün üstün elektrik keçiriliciyinin başa düşülməsində olan fəaliyyətləri səbəbiylə Nobel Mükafatına layiq görülmüşdür. Bir digər əhəmiyyətli araşdırması isə makroskopik kvant mexanikası üzərinədir.
Super axıcılıq maye helium kimi son dərəcə soyuq maddələr, super elektrik keçiriciliyinə gətirib çıxaranlara bənzər səbəblərlə qəribə davranışlar göstərir. Məsələn sürtünmənin yox olması və yoxuşda da "axa bilmək" kimi. BCS qaydası helium-4ün super elektrik keçiriciliyini mükəmməl şəkildə açıqlayarkən helium-3ün 1972-ci ildə kəşf edilən super axıcılıq qabiliyyətini açıqlamaqda aciz qalırdı. Legget işləriylə helium-3ün davranışlarını da BCS Qaydası əhatəsinə daxil etməyi bacarmışdır. Tədqiqatçılara görə bu izotopu qayda xaricində kimi görülməsinin səbəbi daha çox zəngin bir quruluşa sahib olmasıdır. 2003-cü ilin Fizika üzrə Nobel Mükafatının diqqət çəkici bir xüsusiyyəti də son 8 il ərzində bu sahədə paylanan mükafatlardan dördünün soyuq "Temperatur"un fizikasıyla əlaqədar işlərə verilməsi olmuşdur. Üstün elektrik keçiriciliyi faktı tam yüz ildir ki, elm və texnologiya dünyasının göz bəbəyi olmağı davam etdirməkdədir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Tüm makaleleri Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- Royal Society Resmi Sitesi
- Wolf Wakfı Resmi Sitesi
- PDF Arxivləşdirilib 2012-06-25 at the Wayback Machine
- [6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Anthony J. Leggett // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Sir Anthony J. Leggett // Munzinger Personen (alm.).
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 [1] Arxivləşdirilib 2011-12-25 at the Wayback Machine Anthony-J-Leggett Otob. İng. 07 mart 2012 erişim
- ↑ [2] Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine Anthony-J-Leggett Biy. İng. 07 mart 2012 erişim
- ↑ [3] Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine Fransız Fizik Akademisi üye listesi İng. 07 mart 2012 erişim
- ↑ [4] Arxivləşdirilib 2012-02-27 at the Wayback Machine Royal Society üye listesi İng. 07 mart 2012 erişim
- ↑ [5] Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Wolf Fizik Ödülü sahipleri listesi İng. 07 mart 2012 erişim
- ↑ https://services.iqc.uwaterloo.ca/people/profile/aleggett/ Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine IQC
- 26 martda doğulanlar
- 1938-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Böyük Londonda doğulanlar
- Vaterloo Universitetinin müəllimləri
- Oksford Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika Fizik Cəmiyyətinin üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- "Britaniya imperiyası" ordeninin cəngavər-komandorları
- Fizika üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər