Evarist Levi-Provensal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Evarist Levi-Provensal
fr. Évariste Lévi-Provençal
Doğum adı Maklouf Evariste Levi[4]
Doğum tarixi 4 yanvar 1894(1894-01-04)[1][2]
Doğum yeri
Vəfat tarixi 23 mart 1956(1956-03-23)[3][1][…] (62 yaşında)
Elm sahəsi şərqşünaslıq
Elmi adları
İş yerləri
Təhsili
Mükafatları Akademik palma ordeni zabiti "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Evarist Levi-Provensal (fr. Évariste Lévi-Provençal) (4 yanvar 1894[1][2], Əlcəzair[3]23 mart 1956[3][1][…]) — fransız ərəbşünası.

Evarist Levi-Provensal 4 yanvar 1894-cü ildə Əlcəzairdə dünyaya gəlmişdi. Əlcəzayir Universiteti Ədəbiyyat Fakültəsində René Basset və Jérôme Carcopino kimi müəllimlərdən Şərq dilləri və şərqşünaslıq öyrəndi. 1913-cü ildə məzun olduqdan sonra orduya qatıldı və Birinci Dünya Müharibəsi dövründə Çanaqqala cəbhəsində savaşdı; yaralanması üzərinə İskəndəriyəyə, yaxşılaşınca da Mərakeşə göndərildi. Savaşın ardından 1920-ci ildə Rabatdakı L'Institut des Hautes Études Marocainese müəllim olaraq təyin edildi; burada həyatı boyunca üzərində çalışacağı təməl iki sahəyə, Ərəbcəyə və Əndülüs-Məğrib (özəlliklə Bərbəri) tarixinə yönəldi. 1922-ci ildə Les historiens des Chorfa başlıqlı disserasiyasıyla doktor ünvanını aldı. 1926-cı ildə vəzifə tutduğu institunun müdirlüyünə və "Hespéris" dərgisinin redaktorluğuna gətirildi. 1935-ci ildə Əlsəzayir, 1940-cı ildə Toulousə universitetlərinə təyin edildi; bu arada bir müddət Qahirə Universitetində müəllim olaraq çalışdı. II Dünya Savaşı sırasında təkrar əsgərə çağrıldı. 1943–1944-cü illərdə hökumət tərəfindən London, Qahirə, Qüds və Dəməşqdə çalışdı. 1944-cü ildə almanların Fransadan çəkilməsi üzərinə Parisdə Sorbonna Universiteti Ədəbiyyat fakültəsinə İslam mədəniyyəti və Ərəb dili müəllimi təyin edildi. 1950-ci ildə Institut des Études Islamiquesə müdir oldu və buraya son şəklini verdi. Ayrıca Əlcəzayirdə qurulan le Centre d'Études de l'Orient Contemporaine ilə də yaxından ilgilənərək bu qurumu da canlı bir mərkəz halına gətirdi. Ayrıca öz təklifiylə başlayan Encyclopédiə de lIslamın (nouvelle édition) nəşr edilməsində vəzifə aldı. 1954-cü ildə "Arabica" dərgisini qurdu. Həyatının son illərini Fransa, İspaniya və Misir kimi ölkələrin universitetlərində dərs verərək və çalışmalarını çap etdirərək keçirdi. Ölümündən (23 mart 1956) sonra "Centre National də la Recherche Scientifiquein (Paris)" qatqılarıyla məsləkdaşları və yetişdirdiyi elm adamları tərəfindən adına bir xatirə kitabı çıxarıldı (Études d'orientalisme dédiées à la mémoire de Lévi-Provençal, I–II, Paris 1962).

  • Séville musulmane au début du XII siècle. Le traité d'Ibn 'Abdun sur la vie urbaine et les corps de métiers. P., 1947.
  • Histoire de l'Espagne musulmane. 2 éd. T. 1–3. P., 1950–1955. Rus dilində — "İspaniyada Ərəb mədəniyyəti". Moskva., 1967).
  • L'Espagne musulmane au Xe siècle. Institutions et vie sociale. P., 1932; 2002.
  • E. G. Gomez, "E. Lévi-Provençal", Études d'orientalisme dédiées à la mémoire de Lévi-Provençal, Paris 1962, I, s. IX–XV;
  • D. J. Vasserstein, "Évariste Lévi-Provençal and the Historiography of Iberian Islam", The Jevish Discovery of Islam: Studies in Honor of Bernard Levis (ed. M. Kramer), Tel Aviv, 1999, s. 273–289;
  • R. Blachère, "Évariste Lévi-Provençal", Arabica, III, Leiden, 1956, s. 133–135;
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Évariste Lévi-Provençal // AlKindi.
  3. 1 2 3 4 Леви-Провансаль Эварист // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. municipality of Paris Vital records of Paris.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]