Eytaro Suzuki
Eytaro Suzuki | |
---|---|
yap. | |
Doğum tarixi | 17 sentyabr 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 1966 (72 yaşında) |
İş yerləri |
|
Təhsili |
Eytaro Suzuki (
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]Eytaro Suzuki 1894-cü ildə Yaponiyanın Naqasaki prefekturasında doğulmuşdur.[1] 1922-ci ildə Tokio Universitetini bitirmiş, 1924-cü ildə Gifu Kənd Təsərrüfatı Kollecinin professoru olmuşdur.[2] 1942-ci ildə Keyco Universitetinin köməkçi professoru, daha sonra professoru təyin olunmuşdur.[2] 1946-cı ildə doktorant dərəcəsi əldə etmiş, 1947-ci ildə Hokkaydo Universitetinin professoru olmuşdur.[2]
Yaponiya Sosiologiya Cəmiyyətinin direktoru və Yaponiya Etnologiya Cəmiyyətinin müşaviri vəzifələrini tutmuşdur.[2]
Elmi araşdırmaları
[redaktə | mənbəni redaktə et]Suzuki kənd və şəhər sosiologiyası sistemini, eləcə də, lokal sosiologiya nəzəriyyəsini yaratdığı üçün tanınır.[1] O, ABŞ-nin kənd və şəhər sosiologiyasını tədqiq edərkən Yaponiyadakı şərtləri nəzərə alaraq sosioloji nəzəriyyə inkişaf etdirmişdir.[1] Ailəsi üzərində tədqiqatlar aparan Suzuki yapon ailəsində inkişaf edən həyat tsiklini nümayiş etdirmiş və bunu ABŞ modelləri ilə müqayisə etmişdir.[1] O, yapon ferma icmaları haqqında danışarkən qeyd etmişdir ki, buraku adlı sadə yerli sosial birlik ən əhəmiyyətli olandır və onu "təbii kənd" (şizenson) adlandırmışdır.[1]
O, İkinci dünya müharibəsindən sonra şəhər sosiologiyası sahəsində araşdırmalar aparmış və cinayət hallarına fokuslanan şəhər araşdırmalarını tənqid etmişdir.[1] Daha sonra şəhər əhalisinin həyatı nəticəsində yaranan struktur formalarını öyrənməyə yönəlmişdir.[1] O, şəhər ölçüsünün inteqrativ təşkilatlanmadan və sinif tərkibindən asılı olduğunu müdafiə etmişdir.[1]
"Nihon noson şakayqaku qenri" (1940) və "Toşi şakayqaku qenri" (1957) əsas əsərləridir.[1] Əsərləri ölümündən sonra "Suzuki Eytaro çosakuşu" (1967–1977) adı ilə nəşr olunmuşdur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 282. ISBN 0-87011-627-4. İstifadə tarixi: 9 yanvar 2023.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1505. İstifadə tarixi: 9 yanvar 2023.
- 17 sentyabrda doğulanlar
- 1894-cü ildə doğulanlar
- Naqasaki prefekturasında doğulanlar
- 20 sentyabrda vəfat edənlər
- 1966-cı ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Toyo Universitetinin müəllimləri
- Hokkaydo Universitetinin müəllimləri
- Tokio Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- Yaponiya sosioloqları
- Kənd sosioloqları