Fatihə surəsi

Vikipediya, azad ensiklopediya
(Fatihə səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
1-ci surə — Fatihə surəsi
Surənin ərəbcə mətniSurənin ərəbcə mətni
Adı
Ərəbcə adı سورة الفاتحة
Adının mənası Kitabı açan
Digər adları əl-Vəfiyyə, ət-Tövhid, əl-Kafiyə, əl-Həmd, əş-Şükr, əş-Şafiyə, əş-Şəfa', əl-Kənz, əd-Du'a', əl-Əsas, Səb'ül-məsani, Ümmül-Qur'an, Ümmül-Kitab.
Quranda yeri
Nömrəsi 1
Statistika
Ayələrin sayı 7
Sözlərin / hərflərin sayı 29 / 139
Vikimənbənin loqosu Fatihə surəsi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Quran Akademiyasında tərcüməsi

Fatihə surəsi (ərəb. سورة الفاتحة‎ (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.

ٱلۡفَاتِحَةِ

Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir.

Əl-Fatihə surəsi

[redaktə | mənbəni redaktə et]
  1. Bağışlayan və mehriban Allahın adı ilə.
  2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
  3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
  4. Cəza gününün sahib və hökmdarına.
  5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
  6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
  7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna![1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Əvvəlki surə:
Surənin mətni: Fatihə surəsi Sonrakı surə:
Bəqərə surəsi
Əvvəl nazil olan surə:
Muddəssir surəsi
Sonra nazil olan surə:
Əbu Ləhəb surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114

  1. Qurani Kərimin Azərbaycan dilinə tərcümə və şərhi, Ağabala Mehdiyev və Dürdanə Cəfərli, Bakı, Nurlar, 2006