Fikrət Seyidov
Fikrət Seyidov | |
---|---|
Fikrət Əhməd oğlu Seyidov | |
Doğum tarixi | 9 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 2011 (81 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Əhməd Seyidov |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Fikrət Əhməd oğlu Seyidov (9 may 1930, Aslanbəyli, Gəncə dairəsi, Azərbaycan SSR, SSRİ – 27 avqust 2011, Bakı) — alim, müəllim, pedoqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Fikrət Seyidov 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir. Universiteti bitirdikdən sonra Şamxor (Şəmkir) rayonuna təyinat verirlər. Lakin hərbi çağırışçı olduğundan və Bakıda qeydiyyata düşdüyündən geri qayıtmaq məcburiyyətində qalır və Bakının 193 saylı orta məktəbində müvəqqəti müəllim işləyir (2 ay). Sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra həmin məktəbdə bir neçə ay dərs dedi və sonra 199 saylı məktəbdə dərs deməyə başladı. Pedoqoji sahə üzrə Aspiranturanı bitirmişdir. Sonralar 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı, ancaq bununla yanaşı, xeyli vaxt orta məktəbdədə çalışıb. 2011-ci ildə vəfat etmişdir.[2][3]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı. Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alimdir. 1988-ci ildə Tbilisidə "Qori seminariyası və onun məzunları" mövzusu ilə dissertasiyanı müdafiə edərək Elmlər namizədi elmi dərəcəsi alır. Elə həmin il müsabiqə elanı ilə Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına keçdi. Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, fakültə dekanı, kafedra müdiri, məktəblə əlaqə komissiyasının üzvü olmuşdur. Dərsliklərin (xarici dillər) yaranması ilə əlaqədar ümumdünya seminarında Azərbaycan Respublikasının təmsilçisi olmuş, Moskva, Almatı, Tbilisi və s şəhərlərdə elmi məruzələrlə çıxış etmişdir. Tədris sahəsində ictimai vəzifələr aparmışdır.
Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir.
Professor Fikrət Seyidov 100-dən artıq elmi-metodik əsərin, bir çox elmi məqalələrin, "Qori semenariyası və onun məzunları" (1988), "Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair" (1998), "Xarici dil dərslərində maqnitafon" (1968), "İngilis dilində şifahi nitq çalışmaları" (1966), "İngilis dili dərslikləri üçün metodik rəhbərlik" (1964), "Nitq inkişafına dair metodik izahat" (1965), "Səkkizillik məktəblərdə xarici dillərin metodikası" (1967) və.s monoqrafiya və orijinal dərsliklərin müəllifidir. Bir çox elmi kadrların hazırlanmasında iştirak etmiş, uzun illər tələbə elmi işlərinə rəhbərlik etmişdir. Pedaqogika tarixi, İxtisasa giriş, Tərbiyə işlərinin metodikası, Peşə oriyentasiyası fənlərindən mühazirələr oxuyub, seminar və praktik məşğələlər aparıb. Sonralar ölkənin ən qabaqcıl ali məktəblərindən olan Odlar Yurdu Universitetində və Təfəkkür Universitetindədə çalışıb.
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan pedaqoji fikir tarixindən səhifələr"
- "Aslanbəylidən başlanan xatirələr"Bakı: 2000, 350 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Eminov, Allahverdi. "Müdriklik yolu: bir ömür idi yaşadı..." 525-ci qəzet. 2020-10-09. İstifadə tarixi: 2024-05-26.
- ↑ "Səməd Seyidova ağır itki üz verib". modern.az. 2011-08-27. İstifadə tarixi: 2024-05-26.
- ↑ "Səməd Seyidovun əmisi vəfat edib". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-24.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 441.
- Pages using the JsonConfig extension
- 9 mayda doğulanlar
- 1930-cu ildə doğulanlar
- Aslanbəylidə doğulanlar
- 27 avqustda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- 81 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Seyidovlar
- Professorlar
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- Azərbaycan memuarçıları