Fosgen
Fosgen | |
---|---|
Ümumi | |
Ənənəvi adı | Fosgen |
Kimyəvi formulu | CCl₂O[1] |
Molyar kütlə | 98,92 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 4,248 кг/м³ q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −118 °S |
Qaynama nöqtəsi | +8,3 °S |
Buxarın təzyiqi | 1,6 ± 0,1 atm[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 75-44-5 |
PubChem | 6371 |
SMILES | O=C(Cl)Cl |
RTECS | SY5600000 |
ChEBI | 29365 |
BMT nömrəsi | 1076 |
ChemSpider | 6131 |
Toksikologiya | |
Zəhərliliyi | çox zəhərli, boğucu zəhərləyici maddə. |
Fosgen — kimyəvi formulu COCl2 olan, boğucu təsirli zəhərli maddədi, adi vəziyyətdə rəngsizdi. Əsasən ağ ciyərləri zədələyir.
İzahı
[redaktə | mənbəni redaktə et]Fosgen (COCl2 karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi) ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi "işıqda doğulmuş" mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə hidroliz olaraq HCl və CO2 əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir. Fosgenlə nəfəs aldıqda ağızda şirin dad, sonra öskürək, baş gicəllənməsi və ümumi zəiflik hiss olunur. Zəhərli zonadan çıxdıqdan sonra adətən 2–12 saat ərzində adam özünü yaxşı hiss edir. Bu period gizli period adlanır. Bundan sonra adamda kəskin dəyişiklik baş verir. Əgər vaxtında həkim yardımı göstərilməsə, ölümlə nəticələnə bilər. Deqazasiya – havadəyişmə və yaxud ammonyak iyləməklə mümkündür. Birinci dünya müharibəsində kimyəvi silah kimi istifadə olunmuşdur.
Xassələri
[redaktə | mənbəni redaktə et]tqay= +8,2 °C, tər.= −118 °C, sıxlığı 1,403 q/sm³, qaz halında 4,248 кг/м³ (+15 °C, 1 бар)[3]; suda pis həll olur.
Alınması
[redaktə | mənbəni redaktə et]Fosgen həmçininə xloroformun atmosfer oksigeninin işığın təsiri altında əmələ gəlir: :
Sənayedə COi katalizatorun iştirakı ilə Cl 2 la qızdırmaqla əldə edir:
Laboratoriyada В лаборатории CCl4 və SO3 (və yaoleiumla) qarışığının qızdırılmasından:
Zəhərliliyi
[redaktə | mənbəni redaktə et]Boğucu təsiri var. Ölümcül konsentrasiyası 0.01-0.03 mq / L təşkil edir (15 dəqiqə məruz qalma ilə). Fosgenin ağciyər toxuması ilə təması keçiricilik pozğunluğuna səbəb olur alveol və sürətlə irəliləyən ağciyər ödemi. Antidote naməlumdu
Mənbə
[redaktə | mənbəni redaktə et]- Химическая энциклопедия / Редкол.: Кнунянц И. Л. и др. — М.: Советская энциклопедия, 1995. — Т. 4 (Пол-Три). — 639 с. — ISBN 5-82270-092-4.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PHOSGENE (ing.).
- ↑ http://www.cdc.gov/niosh/npg/npgd0504.html.
- ↑ "Gas Encyclopaedia". 2015-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.