Göyərçin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göyərçin
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımfəsilə:
Cins:
Göyərçin
Beynəlxalq elmi adı

Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar.

Ağ Göyərçinlər sülhü və saflığı simvolizə edir. Böyük göyərçinlərə "pigeon", daha kiçik göyərçinlərə isə "dove" deyilir. Dünyada 300-dən çox göyərçin növü mövcuddur. Əksər göyərçin növləri monoqamdır, yəni onların bir yoldaşı olur və onlar ömür böyü birlikdə yaşayırlar.