Gediminidlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Gediminidlər – Böyük Litva knyazı Gediminasın nəslindən olan knyaz sülaləsi. Böyük Litva Knyazlığında 14-cü əsrdən 1572-ci ilədək hakimiyyətdə idi. Gediminidlərin orta qolu Yagellonlar Polşa (1386–1572), Macarıstan (1440–44; 1490–1526) və Çexiya (1471–1526) kralları olmuşdular. Rus knyazlıqlarında, sonralar isə Rus dövlətində ad-sanına görə RürikoviçlәrÇingizilәrdən sonra üçüncü hesab edilirdilər.