Gertsel Baazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gertsel Baazov
gürc. გერცელ დავითის ძე ბააზოვი
Doğum tarixi 28 oktyabr 1904(1904-10-28)
Doğum yeri
Vəfat tarixi 12 sentyabr 1938(1938-09-12) (33 yaşında)
Vəfat yeri
Atası David Baazov
Təhsili
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gertsel Baazov (gürc. გერცელ ბააზოვი; 28 oktyabr 1904, Oni (şəhər), Raça-Leçxumi və Aşağı Svaneti diyarı12 sentyabr 1938, Tbilisi) — yəhudi-gürcü mənşəli prozaik, dramaturq, şair və tərcüməçi.

Gertsel Baazov 10 (23) oktyabr 1904-cü ildə Rusiya imperiyasının Kutaisi quberniyasının Oni şəhərində, yəhudi din xadiminin, sionist David Baazovun ailəsində anadan olub. Kutaisidə D. Baazov "Yəhudi səsi" qəzeti nəşr etmiş və onun səhifələrində ilk dəfə olaraq Gertsel öz əsərlərini nəşr etməyə başlamışdı.

U. Caparidze və D. Canelidze ilə birlikdə doğma şəhərdə gimnaziyadakı təhsilinə davam etmiş, ədəbi jurnal — Oni jurnalını nəşr etdirmişdir.

1928-ci ildə Tiflis universitetinin hüquq fakültəsini başa vurmuşdur. Tbilisi şəhər məhkəməsinin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" işçi jurnallarının əməkdaşı olub. Tbilisi şəhər hakiminin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" jurnallarında məqalə ilə çıxış etmişdir.

Tbilisi Universitetində Qərbi Avropa ədəbiyyatı nölməsindən aspitantura üzrə məzun olmuşdur, daha sonra Moskvada təhsil almışdır. İvriti və yəhudi tarixini öyrənmək üçün gecə məktəbinin təşkilində atasına kömək etmişdir, onların şagirdləri ivritcə səhnə almış və konsertlərdə mahnı ifa etmişdiər. Avoda gənclər təşkilatının əsasını qoymuşdur.

1920-ci illərdə məşhur prozaik və dramaturq oldu. 1934-cü ildə I Sovet Yazıçıları Qurultayında iştirak etmişdir. 1935–1938-ci illərdə Gürcüstan SSR Yazıçılar İttifaqı dramatik bölməsinə rəhbərlik etmişdir. 1938-ci ilin əvvəllərində həbs edildi, Mosvkadan Tbilisiyə aparılmış və güllələnməyə məhkum edilmişdir.

Gertsel Davidoviç Baazov həbsdə güllələnmişdir. Bu hadisə 12 sentyabr 1938-ci ildə baş vermişdir. Ölümündən sonra — 1955-ci ildə bəraət almışdır.[1]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gertsel Baazov gürcü yəhudiləri həyatından bəhs edən hekayə və povestlərin, "Petxain" (1934) romanının müəlllifidir.

14 yaşından əsərlərini çap etməyə başlayan Gertsel Baazov Ger-Bi təxəllüsü ilə 1918-ci ildə şeirini yazaraq debüt etmişdir. Mahnılar mahnısı Solomonu gürcü dilinə tərcümə etmişdir (1923).

Universitetdə dram janrına müraciət edir: Baazov "Kadima" teatr truppasının gücü ilə "Gizli sığınacaq" (1925) tragediyası tamaşaya qoyur. Truppanın aktyorları təşkil edilən Baazov məktəbinin uşaqları idi, rejissoru D. Antadze idi.[2]

  1. Театральная энциклопедия. Гл. ред. С. С. Мокульский. Т. 1 — М.: Советская энциклопедия, 1961, 1214 стб. с илл., 12 л. илл.
  2. "Гольдштейн, Павел. Давид Баазов и его сыновья". 2018-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.