Gizem Karaca (7 sentyabr1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb.
Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir.
Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır. Bundan sonra Karaca ABŞ-yə gedir və bir müddət Nyu York Film Akademiyasında təhsil alır. 2013-cü ilin yayında Benim hala umudum var adlı serialda baş rol Umut Özden / Korkmaz obrazı ilə ekranlara geri dönür. 2014-cü ildə Seni seviyorum adamım adlı ilk sinema filmində oynayır. Film 21 noyabrda tamaşaçılara təqdim olundu. Aktrisa Güzel Köylü adlı serialda baş rol Gül Sümbül obrazını canlandırıb.