Grand Theft Auto IV
Grand Theft Auto IV | |
---|---|
Hazırlayanlar | Rockstar Toronto |
Yayımlayanlar | Rockstar Games |
Seriya | Grand Theft Auto |
Buraxılış tarixləri | 29 aprel 2008, 4 yanvar 2009 |
Janr | döyüş-macəra oyunu |
Texniki məlumat | |
Platforma | Xbox 360, Microsoft Windows, PlayStation 3, Xbox One[1] |
Oyun rejimi | birnəfərli oyun[2], çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, fransız dili, alman dili, italyan dili, ispan dili, rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir.
Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.
- Liberty City 24 saat yaşayan eyni zamanda insanların hava şəraitinə və saatlara uyğun olaraq mənalı hərəkət etdikləri canlı bir şəhərdir.
- Yeni Advanced Graphics Engine (RAGE) texnologiyası ilə şəhər inanılmaz bir qrafik detalına və həqiqətə çox yaxın görünüşlərə sahibdir.
- Çox oyunçu ilə oynama rejimi rəqiblərinizlə Liberty City şəhərində həyəcanlı qovalamacalar imkanı verir.
- Açıq uclu oyun dünyası sizə daha əvvəl heç yaşamadığınız qədər bir sərbəstlik təqdim edir.
- Oyunda 88 ədəd ana tapşırıq və sayısız yan tapşırıq vardır. Əlavə olaraq oyunda birçox tapşırığı yerinə yetirərkən oyunçunun seçiminə bağlı olaraq tapşırığı fərqli cür yerinə yetirmək imkanı vardır.
- Oynarkən oyunçunun verdiyi qərarlara əsasən oyunun İntiqam və ya Razılaşma olmaqla iki fərqli sonu mövcuddur.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Grand Theft Auto IV Rəsmi Səhifəsi
- Grand Theft Auto IV Sosial Klub Arxivləşdirilib 2014-02-14 at the Wayback Machine
- GTA IV fan səhifəsi
- Grand Theft Auto IV wikia