Hüseyn Vaiz Kaşifi
Hüseyn Vaiz Kaşifi | |
---|---|
| |
Doğum tarixi | 1461 |
Doğum yeri |
|
Vəfat tarixi | 1504[1] |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, astronom, riyaziyyatçı |
Əsərlərinin dili | fars dili |
Hüseyn Vaiz Kaşifi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504[1], Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.
Caminin ölümündən (1492) sonra Heratdan ayrılan Kaşifi 910 (1504–1505) -cu ildə Səbzəvarda vəfat etdi. Türbəsi Səbzəvarın cənubi-qərbində Dərvazə-i Nişapurdadır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Mahmud Anbarani, "Müruri bər zindəgani-yi Kaşifi", Keyĥan-ı Əndişə, Qum 1370/1992, s. 83–89;
- T. W. Arnold, "Kaşifi", İA, VI, 413–414;
- Gholam Husein Yousofi, "Kāѕћifī",
- EI² (İng.), IV, 732–733;
- DMF, I, 2145;
- Dehxuda, Lüğətnamə (Muin), XXI, 15886–15887.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France Ḥoseīn Vāʿeẓ Kāšfī // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Əfqanıstanın Herat şəhərində Kaşifinin məzarı.
-
Doğulduğu şəhər, İranın Səbzivar şəhərində memorial.
-
Cəvahir ət-Təfsirin bəzədilmiş əlyazmasından səhifə.
-
Sərgidə Ənvər-i Süheylinin əlyazması.
-
Ənvər-e Süheylidən bir illüstrasiya.