40°22′17″ şm. e. 49°50′00″ ş. u.HGYO

Hacı Mustafa Rəsulovun mülkü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacı Mustafa Rəsulovun mülkü
1918-ci il Mart soyqırımda yandırıldıqdan sonra
1918-ci il Mart soyqırımda yandırıldıqdan sonra
Xəritə
40°22′17″ şm. e. 49°50′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Hüsü Hacıyev küçəsi, 9
Memar Anton Kandinov
Nikanor Tverdoxlebov
Tikilmə tarixi 1884-1885
KateqoriyaBina
Hacı Mustafa Rəsulovun mülkü (Bakı)
Hacı Mustafa
Rəsulovun mülkü

Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton KandinovNikanor Tverdoxlebov tərəfindən tikilmiş bina.[1] 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb.[2]

Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır.[3]

Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb.[2] Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.[3]

Təmir edildikdən sonra 1930-cu ildə binanın Bazarnaya küçəsi boyunca birinci mərtəbəsində piyada keçid pasajı yaradılır. İkinci mərtəbəsində isə 6 nömrəli musiqi məktəbi yerləşib.[4]

Hazırda binanın birinci mərtəbəsində fərqli dükanlar, ikinci mərtəbəsində isə, otel yerləşir.[5]

  1. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 181-182. ISBN 978-9952-32-020-6.
  2. 1 2 Solmaz Rüstəmova-Tohidi. 1918 Azərbaycan qırğınları şəkil və sənədlərdə (PDF). Bakı. 2013. səh. 41. ISBN 9789952483260.
  3. 1 2 "Fəsil IV dəymiş ziyanlar haqqında şahid ifadələri (mülki, sənaye, sosial, ticarət və digər obyektlər). Sənəd № 621". 1918pogroms.com. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2020.
  4. "Исламие гостиница - история здания (ул. Базарная 11, Баку) / İslamiyyə mehmanxanası - binanın tarixi" (rus. ). ourbaku.com. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2020.
  5. "Дом разделивший участь своего народа / Xalqının taleyini bölüşən ev" (rus. ). baku-journal.com. 28 fevral 2018. 2020-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2020.