Hale Asaf

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hale Asaf
Doğum tarixi 1905
Doğum yeri
Vəfat tarixi 31 may 1938(1938-05-31)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
  • Fransız Liseyi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hale (Salih) Asaf (1905, Konstantinopol31 may 1938, Paris) — gürcüadıq mənşəli[1] Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu.

Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi.[2] İstanbuldakı özəl fransız litseyini bitirmişdir[3], burada ingilis və fransız dillərini öyrənmişdir.

Avtoportreti
Asafın atasının portreti

1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu. Ailəsində olan problemlərə baxmayaraq, akademiyada uğurla təhsil alırdı. 1924-cü ildə Asafin bəzi əsərləri kiçik sənət jurnalında çap olundu.[4]

Türkiyədə müharibə bitdikdən sonra vətəninə döndü və Təsviri Sənətlər Liseyinə daxil oldu, sinif yoldaşları arasında Feyhaman Duranİbrahim Çallı da var idi. Təxminən eyni vaxtda Asafin anası vərəm xəstəliyindən vəfat etdi[5] və Hale onun xatirəsinə Saleh soyadını anasının əvvəlki soyadı Asafa dəyişdi. Çox keçmədən Asaf Avropada təhsil almaq üçün Təhsil Nazirliyinin təqaüdünü qazandı. O, Münhen Rəssamlıq Akademiyasında təhsil alırdı, müəllimi Lovis Corint idi. 1926-cı ildə Asafın rəsmləri Qalatasaray sərgisində nümayiş olundu, bu sərgi 1916-cı ildən 1951-ci ilə qədər İstanbulda keçirilirdi və rəssamlar arasında böyük tədbir hesab olunurdu.[6] 1927-28-ci illərdə Qrand Şomyer Parij akademiyasında Andre Lotun dərslərində otururdu və eyni zamanda İsmail Hakkı Oyqardan şəxsi dərslər alırdı. Oyqar həmçinin Asafın nişanlısı oldu.

Bursanın görüntüsü

Bursada həyatı

[redaktə | mənbəni redaktə et]

Asaf və Oyqar birlikdə Türkiyəyə qayıtdılar və Bursada yerləşdilər. Asaf Pedaqoji Kolleci və İncəsənət İnstitutunda dərs keçirdi.[6] 1929-cu ildə Asaf və həyat yoldaşı Müstəqil Rəssamlar və Heykəltəraşlar Birliyinin yaradılmasında iştirak etdilər. Asafın böyüdüyü kosmopolit atmosfer səbəbiylə Bursada yaşadığı əyalət həyatı onun üçün asan olmadı. Bir gün rəsmlərini təhqir hesab edən bazar izdihamının hücumlarından sonra Asaf huşunu itirmişdir.[7] Rəssam Mahmut Cuda ilə razılaşaraq Asaf Bursanı tərk etməyə müvəffəq oldu. Cuda Asafın yerinə liseydə, Asaf isə Cudanın yerinə İstanbul Rəssamlıq Akademiyasında dərs deməyə başladı. Ancaq Asafin melanxoliyası dəyişməz qaldı və 1931-ci ildə o, təkbaşına Parisə qayıtdı.

Elə həmin ilin sonunda Asafın yenidən cərrahi müdaxiləyə ehtiyacı yarandı. Sağalması zamanı o, İtalyan rəssamı Antonio Aniante ilə tanış oldu, Aniante "Gənc Avropanın Qalereya-Kitabxanası"na" sahib idi və o, Asafa orada direktor vəzifəsini icra etməyə təklif etdi.[6] 1934-cü ildə Mussoliniyə olan ədavəti səbəbindən Aniantenin kitablarına qadağa qoyuldu və qalereya bağlandı. 31 may 1938-ci ildə Hale Asaf xərçəngdən vəfat etdi.[3]

Asafin bəzi rəsmləri İkinci Dünya müharibəsi zamanı məhv edildi, 1983-cü ildə vəfat edən Aniantedə qalan rəsmlərin taleyi bəlli deyil. Rəsmlərin bir hissəsi türk kolleksiyaçılarında idi. 2001-02-ci illərdə bir araşdırma aparıldı, bu müddət ərzində Asafın rəsm əsərlərinin yalnız 30-unun olduğu yerləri müəyyənləşdirmək mümkün oldu, bunun səbəblərindən biri şəxsi kolleksiyaçıların məlumat paylaşmaq istəməməsi təxmin edilir.[3]

  1. Brief biography Arxivləşdirilib 2011-03-01 at the Wayback Machine @ the Georgian Friendship Association.
  2. "Arxivlənmiş surət". 2016-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  3. 1 2 3 Biography and appreciation Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine @ Turkish Paintings,
  4. "Hale Asaf (Halil Hamit Paşazade), Gürcüstan Dostluk Derneği sitesi, Yayın tarihi: 24.02.2011, Erişim tarihi:10.12.2012". 2011-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  5. "Arxivlənmiş surət". 2016-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  6. 1 2 3 Hale Asaf memorial page Arxivləşdirilib 2020-06-05 at the Wayback Machine from the Istanbul Women’s Museum.
  7. "Felsefeekibi.net sitesi, Erişim tarihi:10.12.2012". 2020-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.