Halet Çambel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Halet Çambel
türk. Halet Çambel
Doğum tarixi 27 avqust 1916(1916-08-27)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 2014(2014-01-12)[1] (97 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti antropoloq, arxeoloq, fencer, universitet müəllimi[d], Hittitologist[d]
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin12 yanvar 2014[1], İstanbul[2]) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın[3].

Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi[4].

Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir. 1944-cü ildə doktorluq dərəcəsini alır[5]. İki il Almaniyanın Saar Universitetində qonaq professor olaraq çalışır. 1984-cü ildə o, emerita dərəcəsinə yüksəlir.

1936-cı ildə Olimpiya Oyunlarında qılıncoynatmada Türkiyəni təmsil edir[6]. Olimpiya oyunlarına qatılan ilk müsəlman qadın hesab olunur. İkinci Dünya müharibəsi bitdikdən sonra İstanbul Universitetində arxeologiya dərsləri verən Alman memarı Helmut Bossertin yanında təhsil alır. Birlikdə eramızdan əvvəl XII əsrə aid yaşayış məskəni olan Karatəpədə qazıntılar aparırlar. Qazıntılarda eramızdan əvvəl Bahadır Alkımda iştirak edir.

Halet Çambel Türkiyənin mədəni irsinin qorunmasını müdafiə edir. Arxeologiya üçün dəyərli ərazilərin su basmasına səbəb ola biləcəyi üçün Ceyhan çayı üzərində bənd tikilməsinə qarşı çıxır. Halet Çambel əlahiyyətliləri daşqının qarşısını almaq üçün suyun səviyyəsini endirməyə inandıra bilir.

2004-cü ildə Çambel Hollandiyalı Şahzadə Klaus mükafatına layiq görülmüşdür.

12 yanvar 2014-cü ildə İstanbulda vəfat edir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Olimpiya oyunlarından qayıtdıqdan dərhal sonra Çambel jurnalist və memar Nail Çakırxanla tanış olur. Çambel ilə Nail Çakırxan ikincisinin ölümünə qədər təxminən yetmiş il evli olmuşlar.

  1. 1 2 Halet Çambel // https://pantheon.world/profile/person/Halet_Çambel.
  2. 1 2 Freebase Data Dumps. Google.
  3. "Halet Çambel - obituary - Telegraph". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  4. "Halet Çambel vefat etti Hitler'in elini sıkmamıştı". Cumhuriyet (Turkish). 2016-01-12. 2018-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
  5. "Karatepe-Aslantaş Azatawitaya ve Halet Çanbel" (türk). Arkeoloji Dünyası. 2012-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
  6. Sattar, Marium. "New fields to conquer for Muslim sportswomen". The Daily Star (Lebanon). 30 May 2012. 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2012.