Henrix Himmler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
HENRİX HİMMLER
alm. Heinrich Himmler
Şəxsi məlumatlar
Ləqəbi Heinrich Hitzinger, Genrich Gimmler[5]
Doğum adı Heinrich Luitpold Himmler Yaker[5]
Doğum tarixi 7 oktyabr 1900(1900-10-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 may 1945(1945-05-23)[3][1][…] (45 yaşında)
Vəfat səbəbi sianiddən zəhərlənmə[d][6][7]
Vətəndaşlığı
Uşağı 3[4]
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Almaniya İmperiyası ordusu
Xidmət illəri 1925–1945
Rütbəsi Reyxfürer-SS
Döyüşlər
Təltifləri Order of the Crown Knight Grand Cross of the Military Order of Savoy I dərəcəli "Müqəddəs xəzinə" ordeni Grand Cross of the Imperial Order of the Red Arrows Grand Cross of the Order of the Cross of Liberty Order of the Crown of King Zvonimir Rad kniežaťa Pribinu vojnovej SR 1939-45 Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus Knight grand cross of the order of the crown of Italy Blood Order Golden Party Badge NSDAP Long Service Award Anschluss Medal Sudetenland Medal Memel medalı West Wall Medal Honour Cross of the World War 1914/1918
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henrix Himmler (alm. Heinrich Luitpold Himmler‎; 7 oktyabr 1900[1][2][…], Münxen, Bavariya Krallığı, Almaniya imperiyası[3]23 may 1945[3][1][…]) — III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinib.

Himmler 7 oktyabr 1900-cü ildə Münhen şəhərində, müəllim ailəsində anadan olub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Hərbi məktəbi bitirdikdən sonra, "Könüllü korpusun" bölmələrindən birinə daxil olub. Münhen Texniki İnstitutunun Kənd təsərrüfatı fakültəsində təhsil alıb. 1923-cü il Pivə qiyamında iştirak edib. 1925-ci ildə Alman Nasional Sosialist Fəhlə Partiyasına qəbul edilir və partiyanın rəhbərlərindən olan Qreqor Ştrasserin şəxsi katibi olur. Bir müddət sonra Bavariya federal əyalətində NSDAP-nin qaulayteri təyin edilir. 1928-ci ildə Prussiya zadəganlarından olan Marqaret fon Bodenlə evlənir. 6 yanvar 1929-cu ildə Hitlerin qərarı ilə SS reyxsfüreri vəzifəsinə təyin edilir. 1931-ci ildə Himmler öz şəxsi gizli təşkilatı olan SD-nin yaradılması ilə məşğul olur və bu təşkilatın rəhbəri vəzifəsinə Reynhard Heydrixi təyin edir. 1933-cü ildə Himmler Münhen polisinin rəhbəri vəzifəsinə təyin edilir. Hitlerin göstərişi ilə o, 1933-cü ildə Dahauda konslager yaradır. 20 aprel 1934-cü ildə Herman Görinq Himmleri Prussiya Gestaposunun rəhbəri vəzifəsinə təyin edir. 17 iyun 1936-cı ildə Hitlerin əmri ilə Almaniyanın həm hərbi, həm də mülki polis xidmətləri Himmlerin tabeçiliyi altına keçir. Himmlerin rəhbərliyi altında SS qoşunu da yaradılır. 1943-cü ildə İmperiya Daxili İşlər naziri vəzifəsinə keçir, uğursuz 1944-cü il iyul sui-qəsdindən sonra isə ehtiyat ordunun komandanı təyin edilir. 1943-cü ilin yay aylarından başlayaraq öz etibarlı şəxsləri vasitəsilə qərb xüsusi xidmət orqanları ilə separatçı sülh bağlamaq məqsədilə əməkdaşlıq etməyə başlayır. Üçüncü reyxin dağılmasına yaxın bundan xəbər tutan Hitler Himmleri bütün tutduğu vəzifələrdən azad edir və xəyanətkar kimi onu NSDAP-dən xaric edir.

Himmler 21 may 1945-ci ildə Danimarka sərhədini keçməyə çalışarkən Britaniya hərbi qüvvələri tərəfindən yaxalanmışdır. 23 may 1945-ci ildə o zəhər qəbul edərək öz həyatına son qoymuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Heinrich Himmler // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Гиммлер Генрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. https://www.welt.de/print/die_welt/politik/article124437648/Himmlers-Nachwuchs.html.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #11855123X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. Schudel M. Gudrun Burwitz, ever-loyal daughter of Nazi mastermind Heinrich Himmler, dies at 88 (ing.). // The Washington Post / M. Murray Washington: Fred Ryan, 2018. ISSN 0190-8286; 2641-9599
  7. Reitzenstein J. Selters und Sudetenquell - Marke SS (alm.): Nazi-Organisation mit Nebengeschäft: Ausgerechnet die SS war vor 1945 Deutschlands größter Mineralwasserproduzent. Der naturgläubige Heinrich Himmler wollte seinen selbsternannten Arier-Orden vom Alkohol fernhalten - und übernahm kurzerhand Marken wie Selters und Apollinaris.. // Der Spiegel 2008. ISSN 2195-1349; 0038-7452