Hikmət Boran

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hikmət Boran
Hikmet Boran
Doğum tarixi
Doğum yeri Balıkəsir
Vəfat tarixi
Vəfat yeri İstanbul
Dəfn yeri
Milliyyəti türk
Dini islam
İxtisası Tibb
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti həkim

Hikmət Boran (1901, Savaştəpə[d], Balıkəsir ili1945, İstanbul) — tibb fakültəsi tələbəsi ikən İstanbulun işğalına qarşı universitetdə müqavimət təşkilində oynadığı rol və tibb fakültəsi tələbələrinin təmsilçisi olaraq qatıldığı Sivas Konqresində etdiyi mandatlıq rejiminə qarşı çıxışıyla məşhurdur.[1] Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmış, müharibədən sonra ümumi cərrah olaraq çalışmışdır. Jurnalist və incəsənət xadimi Orxan Boranın atasıdır.

1901-ci ildə Balıkəsirin Savaştəpə bucağında dünyaya gəldi. Atası poçt-teleqraf məmurlarından Haqqı bəydir. Abxaziyadan sürgün edilən çərkəz qaçqınları arasında Trabzona gəlmiş ailənin övladıdır. Ali təhsilini İstanbulda Tibbiyyə Məktəbində almış, İstanbulun işğala uğradığı günlərdə ingilis bölmələrinin işğalı altında olan məktəbdə təşkil edilən nümayişlərdə rəhbər rol oynamışdır. Üçün kurs tələbəsi ikən Sivas Konqresinə qatılmaq üçün tələbələrin təmsilçisi olaraq seçilən Hikmət İstanbuldan qaçaraq Sivasa getmişdir. Konqresə İstanbuldan qatılan 3 nümayəndədən biri olmuşdur. Sivas Konqresində Mustafa Kamala xitabən etdiyi çıxışı ilə tanınır.[2]

TBMM qurulunca dostu Yusif bəy ilə birlikdə təhsilini yarıda buraxaraq Ankaraya getmişdir. İki dpst Cebecidəki hərbi xəstəxanada İbrahim Tali rəhbərliyində tifusa qarşı peyvənd istehsal etmək üçün çalışmışdırlar.

Səhiyyə zabiti olaraq Böyük Hücuma qatılan Hikmət bəy İzmirə girən ilk bölmədə zabit olaraq xidmət etmişdir. Müharibə illərindən sonra İstanbula dönüb tibb təhsilini tamamlamışdır (1922). Həyatını ümumi cərrah olaraq davam etdirdi. 1940-cı illərdə könüllü olaraq "şərq xidmətinə" getdi və Sarıqamışda xidmət etdi. Bu işi əsnasında vərəmə yaxalanan Hikmət bəy İstanbulda sanatoriyada bir il müalicə alsa da, sağala bilmədi. 1945-ci ildə həyatın itirdi. Cənazəsi Qaracaəhmət məzarlığında dəfn edilmişdir.

14 mart Tibb bayramındakı rolu haqqında

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin mart ayında İstanbulda Məktəb-i Tibbiyyə-i Şahanə ingilis ordusu təərfindən işğal edilmişdi. İşğalçılara qarşı üsyan və məktəbi qurtarmaq üçün çarə axtaran tələbələr məktəbin quruluş ildönümü olan 14 martı kütləvi şəkildə qeyd etməyə qərar verdilər. Tibb fakültəsi III kurs tələbəsi olan Hikmət bəb rəhbərliyində böyük nümayiş göstərərək məktəbin iki qülləs arasına böyük türk bayrağı asdılar. İşğal qüvvələri bu vəziyyətə müdaxilə etsələr də, durdura bilmədilər. Hadisənin ildönümü olan 14 mart tibb işçilərinin imperialist qüvvələrin qarşısına rəsmən çıxışının ildönümü və hal-hazırda Türkiyədə qeyd edilən Tibb bayramının səbəbini təşkil etdi.

Sivas Konqresindəki çıxışı

[redaktə | mənbəni redaktə et]

Himət bəy tibb tələbələrinin nümayəndəsi olaraq qatıldığı Sivas Konqresindəki nitqi ilə tanınır.[3] 7 sentyabr 1919-cu ildə edilən ikinci iclasda verilən təklifdə Hikmət bəyin də imzası vardır. Konqresin 9 sentyabr 1919-da, mandat mübahisəsində bu məsələ ilə əlaqəli olaraq Atatürkə xitabən etdiyi çıxışda demişdir:

" Paşam, nümayəndəsi olduğum tibbi tələbələri məni bura istiqlal mübarizəmizi bacarma yolundakı xidmətə qatılmaq üçün göndərdilər, mandatı qəbul edə bilmərəm. Əgər qəbul edəcək olanlar varsa, bunlar hər kim olurlarsa olsunlar şiddətlə rədd edər və qınayarıq. Misal olaraq, mandat fikrini siz qəbul edərsəniz, sizi də rədd edər, Mustafa Kamalı vətən qurtarıcısı deyil, vətən batırıcısı olaraq adlandırır və lənətləyərik. "

Duyduğu coşqu və həyəcanla deyilmiş bu sözlər konqres salonunda böyük təsir yaratmışdır. Bu nitqi Mustafa Kamal bu sözləriylə dəyərləndirmişdir:

" Dostlar, gəncliyə baxın, Türk milli bədənindəki əsl qanın ifadəsinə diqqət edin! Gənclər, vətənin bütün ümid və xoşbəxtliyi sizə, gənc nəsillərin anlayış və enerjisinə bağlanmışdır. Övlad, rahat ol. Gəncliklə iftixar edirəm və gəncliyə güvənirəm. Biz azınlıqda qalsaq belə, mandatı qəbul etməyəcəyik. Parolumuz təkdir və dəyişməzdir: ya istiqlal və ölüm! "

Mustafa Kamalın bu sözlərindən sonra Hikmət bəy də yerindən sıçayaraq "var ol, paşam!" demiş və Mustafa Kamalın əlini öpmüşdür. Mustafa Kamal Atatürk milli məsələlərdə hərbi tibb tələbələrinin öncü olduğu fikrini müxtəlif zamanlarda dilə gətirmişdir. Sivas Konqresində Hikmət bəyi alnından öpərək,"daima irəliçi və inqilabçı fikirlərə bayraqdarlıq etmiş olan tibbiyyənin nümayəndəsi olan gənc " deməsi türk həkimləri üçün qürur mənbəyi olaraq qəbul edilir.

Tifus peyvəndi sınaqları

[redaktə | mənbəni redaktə et]

Sivas konqresindən sonra Hikmət Boran yaxın dostu Yusif bəylə birlikdə Dr. Adnan Adıvarın baş həkim olduğu Ankara Cebeçi Hərbi Xəstəxanasında bakterioloji mütəxəsisi polkovnik İbrahim Tali bəyin rəhbəri olduğu labarotoriyada peyvənd hazırlanmasında çalışdılar.[4] İki dost İbrahim Tali ilə birlikdə öz üzərilərində tifus peyvəndi sınaqlarını könüllü olaraq qəbul etdilər. Göstərdikləri bu fədakarlıqdan sonra Mustafa Kamal tərəfindən Hikmət və Yusifə rütbə verilmiş və maaş kəsilmişdir.

Millət vəkilliiyi təklifi

[redaktə | mənbəni redaktə et]

Respublikanın elanından sonra bir gün süfrə söhbətlərində Mustafa Kamal Hikmət bəyi xatırlayaraq, onun tapılıb millət vəkilliyi təklif olunmasını əmr etdi. Hikmət bəyi tapmaq mümkün olmadı və prezidentə yanlış xəbər olaraq öldüyü xəbəri verildi. Buna çox pis olan Atatürk süfrə söhbətini sonlandırdı. Atatürkün 1938-ci ildə vəfatından sonra isə Hikmət bəyin sağ olduğu və polkovnik rütəbsiylə hərbi xəstəxananın baş həkimliyini etdiyi öyrənildi.

  1. "Hikmet Boran". biyografi.net. 26 iyun 2020 tarixində arxivləşdirilib.
  2. "Hikmet Boran". vizyon21y.com. 26 iyun 2020 tarixində arxivləşdirilib.
  3. "Sivas konqresi və Hikmət Boran". politikam.com. 26 iyun 2020 tarixində arxivləşdirilib.
  4. Uğur Koca. "Tiib bayramı və Hikmət Boran". 23 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2012.