II İvan Asen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II İvan Asen
Иван Асен II
II İvan Asen
II İvan Asen
1218 – 24 iyun 1241
ƏvvəlkiBoril
SonrakıI Kalman
Şəxsi məlumatlar
Doğum tarixi 1190[1]
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Bolqar
Fəaliyyəti suveren[d]
Atası I İvan Asen
Anası Yelena Yevgeniya
Həyat yoldaşları Kuman Anna
Anna Mariya Arpad
İrene Komnene Dukayana
Uşaqları
Ailəsi Asen sülaləsi
Dini Ortodoks

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II İvan Asenİkinci Bolqarıstan imperiyasının V imperatoru (1218–1241), I İvan Asenin oğlu.

İlkin hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

1207-ci ildə Qaliç-Volin knyazlığına qaçmış, 1218-ci ildə onların köməyi ilə hakimiyyəti əlinə almışdı. İvanın ilk siyasəti müttəfiqlər qazanmaq olmuşdu. Belə ki, qızı Mariyanı Epir despotluğunun hökmdarı Teodorun qardaşı Manuel Dukasla evləndirmiş, özü də Macarıstan kralı II Andraşın qızı Anna Mariya Arpad ilə evlənmişdi.

Epirlə münasibətlər

[redaktə | mənbəni redaktə et]

1228-ci ildə Latın imperatoru I Robertin ölümündən sonra taxta çıxmış əyanlar II Bolduinin qəyyumu olaraq II İvan Aseni düşünürdülər. Bu arada imperiyanın torpaqlarını işğala başlayan Teodor 1230-cu ildə Bolqarıstana müharibə elan etmişdi. Döyüşə pozulan müqavilənin mətni ilə gələn Çar İvan, Teodoru ağır məğlubiyyətə uğratmış, torpaqlarını ələ keçirmiş, beləliklə Adriatik dənizi sahillərinəcən sərhədləri genişləndirmişdi. Epirin qalan torpaqları isə Manuel Dukasa verilmişdi.

Serbiya və Nikeya ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

1231-ci ildə yerli əyanlar Latın imperiyasının qəyyum olaraq Qüds krallığının keçmiş hökmdarı İohann de Brieni seçmişdilər. Bu İvanı qəzəbləndirmiş, Nikeya imperiyası ilə ittifaq qurulmasına təkan vermişdi. 1234-cü ildə öz kürəkəni I Stefan Vladislavı Serbiya taxtına çıxartmışdı.

Macar istilası və Latın imperiyası ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Nikeya ilə ittifaq katolik dövlətləri qəzəbləndirmiş, 1232-ci ildə Macarıstan orduları Bolqarıstana girmiş, Sofiyanı işğal etsə də, çarın qardaşı Aleksandr Asen tərəfindən məğlub edilmişdilər. 1233-cü ildə yenidən Valaxiyaya gələn macar ordularının başında şahzadə Bela Arpad dururdu. Macarlar Valaxiyanı 1240-cı iləcən əllərində saxlamışdılar. 1235-ci ildə İvanın qızı Yelena Nikeya şahzadəsi II Teodor Laskarislə evlənmiş, müttəfiqlik gücləndirilmişdi. 1237-ci ildə yenidən Latın imperiyası ilə müttəfiqliyə nail olub, qızını imperatorla evləndirmək istəyən çar bu dəfə Teodora ərə verdiyi qızını özü qaçırdıb Nikeyaya müharibə elan etmişdi. Lakin həmin il həm həyat yoldaşının, həm bir övladının həm də Tarnovo patriarxının ölümünü bir cəza kimi görmüş, müharibəni dayandırıb qızını geri göndərmişdi.

II İvan Asen dövründə Bolqarıstan sərhədləri

Hakimiyyətinin son dövrləri

[redaktə | mənbəni redaktə et]

1237-ci ildə Epir despotu Teodorun qızı İrene Komnene Dukayana ilə evlənmiş, bu evliliyin nəticəsində Teodor həbsdən buraxılmış, o da qardaşı Manueli devirmişdi. 1241-ci ildə Batı xanın Macarıstanı işğalından geriyə dönərkən ona hücum edən İvan həmin ilin 24 iyununda vəfat etdi.

İvan Asen 3 dəfə evlənmişdir: Kuman Anna ilə evliliyindən:

İvan Asenin gerbi

Anna Mariya Arpadla evliliyindən:

İrene Komnene Dukayana ilə evliliyindən: