Kamil Musavi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kamil Musavi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1990 (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | baş leytenant |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Kamil Musavi (6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir.
2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur.[1][2][3]
2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş,[4] nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır.[5]
Evlidir, iki oğlu var.
Təltifləri
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Kamil Musəvinin kobud səhvi üzündən əlil olduq"". pravda.az (az.). 13 yanvar 2020. 2021-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2021.
- ↑ "KAMİL MUSƏVİ İLƏ BİR YERDƏ MİNAYA DÜŞƏN QAZİDƏN ŞOK AÇIQLAMALAR: "ONUN KOBUD SƏHVİ ÜZÜNDƏN ƏLİL OLDUQ" (VİDEO)". yenilik.az (az.). 7 fevral 2020. 10 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2020.
- ↑ "Kamil Musəvi ilə döyüşdə yaralanan hərbçidən sensasion MÜSAHİBƏ". demokratik.az (az.). 10 yanvar 2020. 2021-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2021.
- ↑ "Kamil Musavi Salyanda iğtişaşlara hazırlaşır? — Radikal qazinin qanunsuz əməlləri...(VİDEO)". Demokrat.az (az.). 7 fevral 2020. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2022.
- ↑ "DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı (VİDEO)". Qaynarinfo.az (az.). 7 fevral 2020. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2022.
- 6 iyulda doğulanlar
- 1990-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Qazaxda doğulanlar
- Heydər Əliyev adına Hərbi İnstitutun məzunları
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan hərbçiləri
- Azərbaycanlı hərbçilər
- "General Həzi Aslanov" yubiley medalı ilə təltif edilənlər