Kantri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotlanduels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur.

Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.

Texas ştatının kantri musiqinə verdiyi töhfələr

[redaktə | mənbəni redaktə et]

Texasda kantri musiqi öz unikal cəhətlərini təkmilləşdirdi. 1820-ci ildə ingilisdilli mühacirlərin Texas vilayətinə gətirilməsilə bağlı Moziz və Ostinin Meksika hökuməti ilə razılığından sonra on minlərlə ağdərili özləri ilə birgə cənub folklorunu gətirərək növbəti 20 il ərzində Texasa axın etdi. Əksəriyyəti isə gələcəkdə Texasda kantri musiqinin unikal inkişafında əhəmiyyətli təsiri olacaq qaradərili qulları da özləri ilə gətirmişdi.

1920-ci ilə qədər radio, fonoqraf və hərəkət etdirilən şəkillərin getdikcə artması əvvəllər əsasən Cənub və Cənub-qərblə məhdudlaşan kantri musiqisinin bütün ölkə boyunca və hətta beynəlxalq bazarda geniş vüsət almasına kömək etdi. Kantri musiqisinin ilk məlum ticari rekordu 1922-ci ilə təsadüf edir. 1924-cü ildə Texas, Cefersondan olan Vernon Dolhart bir milyondan çox nüsxənin satışı üzrə ilk ölkə rekordunu qırmışdı. Tezliklə səsyazma ilə məşğul olan şirkətlər və Hollivud kinorejissorları gəlir gətirəcək ifaçı ulduz tapmaq üçün ölkəmiqyaslı axtarışa başladılar. Texasdan olan və ya Texasda yaşayan bu ulduzlardan Cen Otri, Deyl Evanz, Teks Riter və Cimi Rocers ən nüfuzlular sırasında idilər. Radionun və kinofilmlərdəki müğənni obrazlarının böyük şöhrət qazanması bu musiqi janrını beynəlxalq tamaşaçıya çatdırmağa və Texasın tarix və mədəniyyətinin daimi və güclü simvolu olan kouboy musiqisinin yaradılmasına kömək etdi.

1930-cu illərdəki Böyük Böhran dövründə Texas təkamül eden kantri musiqiyə töhfə verməkdə davam edirdi. 1930-cu illər ərzində əslən Texasın Limston kəndindən olan Bob Uilz və Texasın Stefenvi şəhərindən olan Milton Braun indiyə qədər mövcud olan Amerika musiqisinin ən uzunömürlü və ən ecazkar növlərindən birini - qərb musiqisini yaratmaq üçün müxtəlif cür caz və xalq musiqilərinin təmsilçiləri ilə birgə fəaliyyətə başldılar. Qərb musiqisi ənənəvi balladaların və skripkada ifa edilen rils, vals, şotland və polyak musiqisi, klassik, caz və qəmgin notların melodiyalarının və mariaçidən böyük orkestr musiqisinə qədər çoxsaylı musiqi növlərinin təsirlərini əks etdirən instrumental bəstələrin qarışıq sintezindən ibarətdir. Qərb musiqi qruplarının geniş əhatə dairəsinə malik olmasında Uilsə, Brauna və digər musiqi növlərinin təmsilçilərinə onların etnik və coğrafi mənşəyindən asılı olmadan duyulan sevgi mühüm rol oynamışdır. Böhran dövründə öz işlərini radioda davam etdirmək üçün estrada müğənniləri müxtəlif və geniş dinləyici kütləsinin diqqətini cəlb edəcək bir çox musiqi növündə ifa etməyə məcbur oldular. Son nəticə kantri musiqisinin özəyinə nüfuz edən ecazkar musiqi növü kimi qəbul olunmuş “Texas musiqisi” və ya “Qərb musiqisi” kimi tanınan yeni bir musiqi növünün yaranması oldu.

Honki-tonk mahnıları

[redaktə | mənbəni redaktə et]

2-ci Dünya Müharibəsi dövrü kantri musiqisinə digər mühüm yeniliklər bəxş etdi. Sivil əhalinin sürətlə müharibəyə səfərbər olunması urbanizasiya və sənayeləşmədə kəskin artımla nəticələndi, çünki milyonlarla amerikalı kəndli fabrik və şirkətlərdə işləmək üçün şəhərlərə köçürdü. Kənd təsərrüfatından şəhər həyatına bu sürətli keçid “honki-tonk” adlanan kantri musiqisinin yeni bir növünün yaranmasında özünü büruzə verdi. Hələ də ilkin musiqi struktruna və ölkənin ənənəvi instrumentovkasına əsaslanmasına baxmayaraq, honki-tonk getdikcə urbanizasiyalaşan, sənayeləşən və mənəvi cəhətdən zəif olan cəmiyyətin problemlərindən daha açıq-aşkar şəkildə bəhs edirdi. Əvvəllər cəmiyyət içində açıq-aşkar şəkildə müzakirə olunmayan [[alkoholizm], xəyanət, boşanma və bu qəbildən olan digər sosial problemlər honki-tonk mahnılarının ümumi mövzusuna çevrildi. Bu dövrün ən mötəbər honki-tonk musiqiçilərindən bəziləri Texasdan idilər. Karnaj səhnəsində çıxış edən ilk yerli ifaçı Ernest Tabn 2-ci Dünya Müharibəsinin Honki-tonk erası kimi mövqe tutmasında xidmətləri olmuşdur. 1950-ci illərin sonuna kimi Texas sənətçiləri getdikcə pop musiqisinin ana xəttinə kantri musiqisinin motivlərini gətirməklə kantri musiqisi və pop musiqisi arasındakı kəskin fərqi tədricən aradan qaldırırdılar. Məsələn, Coni Hartonun “Batlle of New Orleans”, Cim Rivsin “He'll have to go”, Cimi Dinsin “Big Bad John” və Rocer Millerin “King of the Road” mahnılarının hamısı həm kantri həm də pop musiqisi cədvəllərində ən çox dinlənilənlər arasında idi. Hətta Texas əsilli Bak Ounsun super pop ulduzlarından olan "Beatles" qrupu tərəfindən yazılmış “Act Naturally” adlı bir mahnısı da var idi. 1970-ci illərdə Texasda amerikan musiqisinin istiqamətini həmişəlik dəyişəcək daha bir musiqi alt-janrı meydana gəldi. Ostindəki Amadil Beynəlxalq Mərkəzi və Soup Krik barı kouboylar, hippilər, velosipedçilər və kollec tələbələri üçün ağılar, kantri musiqisi, "rock and roll" da daxil olduğu müxtəlif musiqi növlərini sərbəst qarışdırmağa və dinləməyə imkan verən bir mühit təmin edirdi. Uil Nelson, Uaylon Ceningz və Kris Kristoferson kimi texaslı bəstəkar müğənnilər mütərəqqi ölkə hərəkatının irəliləməsinə öz töhfələrini vermişdirlər.

Texaslı ulduzlar

[redaktə | mənbəni redaktə et]

22 iyun 1936-ci ildə Texasda, Braunsvildə dünyaya gələn Kris Kristoferson öz tərcümeyi-halında helikopter pilotu, elmi işçi və dalandar kimi müxtəlif peşələri qeyd edir. Bob Daylan, Coni Keş və Barbara Streyzendlə birgə rollar canlandırmaq və səsləndirməklə o müvəffəqiyyətli bir bəstəkar və film ulduzuna çevrildi. 15 iyun 1937-ci ildə Texasda, Labok yaxınlığındakı Lidlfilddə dünyaya gələn Uaylon Ceningz səs yazmaq üçün ARK (Amerika Radio Kooperasiyası) səsyazma studiyasına getməzdən əvvəl Badi Holinin orkestrında bas gitara çalırdı. 30 aprel 1933-cü ildə Texas, Abotda dünyaya gələn Uili Nelsonu nənəsi və babası böyütmüşdülər. O öz mahnılarını bəstələməyə uşaqlıqdan başlamışdı, 1960-cı illərə qədər isə Neşvildə müvəffəqiyyətli bəstəkarlıq karyerasını qurmuşdu. “Night Life” - Rey Prays, “Crazy” - Pesti Klayn və “Hello walls” - Faron Yang da daxil olmaqla yerli musiqinin ən böyük ulduzlarından bəziləri Nelsonun mahnılarını ən çox dinlənilənlər zirvəsinə qaldırdılar. Lakin 1970-ci illərin əvvəllərinə qədər Nelson daha geniş yaradıcı azadlığını tapmaq ümidi ilə doğma ştatı Texasa qayıtmışdı. Texas kimi mütərəqqi ştatda “Moms, Don't Let Your Babies Grow Up To Be Cowboys” kimi sevilən mahnıların qeyri-adi ticari uğuru Neşvil təşkilatını Nelson, Ceginz və digər “qeyri-qanuni” sənətçiləri təsdiqləməyə və onların ənənəvi olmayan musiqi növlərini kantri musiqisinin özəyinə əlavə etmeyə vadar etdi. Tezliklə Rey Uayli Habed, Bili Cou Şeyver, Marsiya Bol, Gay Klark, Maykl Martin Möfey, Rodni Crouel, Coni Rodriqz, Tanya Take, BC Tomas, Fredi Fender, Don Uilyamzın daxil olduğu daha gənc texaslı ifaçıların axını yerli, xalq, ağı, pop, rok və qərb musiqilərini əhatə edən yeni və daha eklektik (zidd fikirləri mexaniki birləşdirən) musiqi bazarının yaranmasına gətirib çıxardı.

1980-ci illər kantri musiqisi

[redaktə | mənbəni redaktə et]

1980-ci illərdə kantri musiqisində daha mühüm irəliləyişlər baş verdi. 1948-ci ildə Seminolda dünyaya gələn Lari Getlin, 1948-ci ildə Hyustonda dünyaya gələn Barbara Mendrel və 1938-ci ildə Hyustonda dünyaya gələn Keni Rocerz kimi yerli texaslılar kantri-pop musiqisi ilə cədvəllərdə zirvəyə yüksəldikləri zaman, San-Markosda yaşayan kollecli dostlardan ibarət bir qrup demək olar ki, yerli musiqi aləmini zirvəyə daşıdılar. Mayk Deyli, Teri Heyl, Tomi Fut, Ron Keybel və Corc Streyt adlı tanınmayan ifaçıların da daxil olduğu “The Eyes in the Hole” orkestrı ənənəvi kantri musiqisi köklərinə qayıtmağa ruhlandırmaqla səhnəyə çıxmağa başladı. 1952-ci ildə Texas, Potitdə dünyaya gələn və yaxınlıqdakı Persolda böyüyən Corc Streyt Birləşmiş Ştatlar ordusunda olarkən boş vaxtlarında öz ifaçılıq qabiliyyəti üzərində işləyirdi, sonra isə kənd təsərrüfatı sahəsində dərəcə əldə etmək məqsədilə Cənub-qərbi Texas Dövlət Universitetində təhsilini davam etdirmişdi. Universitet və xüsusən San-Markosda Kent Finleyz Çetem küçəsində baş tutan şəhərətrafı konsertlər vasitəsilə Streyt və orkestrın sadiq pərəstişkarlarının sayı artdı. 1981-ci ildə Streyt AMK (Amerika Musiqi Kooperasiyası) studiyasında qeydiyyatdan keçdi və tezliklə ölkənin super ulduzuna çevrildi. Qərb musiqisində güclü bir təsirə malik olan və honki-tonkun əsaslarına söykənən “Fool Hearted Memory”, “Right or Wrong”, “Amarillo by Morning”in da daxil olduğu onun ən çox sevilən mahnılarından ibarət albomu minlərlə nüsxədə satıldı və yerli musiqinin daha ənənəvi sədalarına yenidən maraq oyatdı. 2006-cı ildə Streytə musiqi sahəsindəki xidmətlərinə görə rəsmi şəkildə “Hall of Fame” mükafatı verildi, 2009-cu ildə isə Dövlət Musiqi Akademiyası tərəfindən “Son 10 ilin ən yaxşı sənətçisi” adına layiq görüldü. 2010-cu ilə kimi Streytin 57 ən sevilən mahnılarından ibarət albomu bütün musiqi janrlarından olan təmsilçilər arasında dünya rekoru qırdı.

21-ci əsr kantri musiqisi

[redaktə | mənbəni redaktə et]

1990-cı illərdən 21-ci əsrə qədər Texasdan olan Li Ann Uamak, Klint Blek, Layl Lavet, Robert Erl, Jr.Cimi Deyl Cilmor, Cou Eli, Rendi Rocerz, Kevin Fouler, Rik Trevayne və saysız-hesabsız digər sənətçilər müvəffəqiyyətli karyera qurmaq üçün öz sələflərinin izlərindən gediblər. Bu gənc musiqi təmsilçiləri növbəti bir neçə il ərzində yerli musiqidə dərin və davamlı Texas təsirinin olacağından xəbər verirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]